"Azərbaycanla görüşdə topla daha çox oynamalıyıq" - Kosovonun baş məşqçisi

"Azərbaycanla görüşdə topla daha çox oynamalıyıq" - Kosovonun baş məşqçisi
ÖLKƏ FUTBOLU 13 Noyabr 2018 / 01:02 2761
-  A +

"Hazırkı məqamda komandamın nəticələrindən və mövqeyindən razıyam. Həmişə demişəm ki, mənim üçün əsas olan göstərdiyimiz oyundur".

Qol.az-ın məlumatına görə, bu sözləri Kosovo millisinin baş məşqçisi Bernar Şalland yerli mətbuata açıqlamasında deyib. UEFA Millətlər Liqasında Malta və Azərbaycanla keçiriləcək oyunlar haqda danışan təcrübəli mütəxəssis bunları söyləyib:

"Malta və Azərbaycanla görüşlərdə topla daha çox oynamalı, uzun və hava ilə ötürmələrdən istifadə etməli, rəqiblərin üstünə böyük qüvvə ilə getməli, bir sözlə oyunumuzu inkişaf etdirməliyik. Hərdən futbolçularımı daha sadə oynamağa məcbur edirəm".

Sərəncamında "Rizəspor"dan Samir Uykani və "Mançester Siti"dən Ariyenat Muriç kimi qapıçılar olan Şalland qarşıdakı oyunlarda çərçivəni kimə ənamət edəcəyinə hələ qərar verməyib: "Qapı xəttində oyuna kimin başlayacağını deyə bilmərəm. Onların məşqlərdə necə işlədiklərini, müdafiəçilərlə bir-birilərini hansı səviyyədə başa düşdüklərini canlı görməliyəm. Ancaq şadam ki, hazırda əlimizdə 2 səviyyəli qapıçı var".

Qeyd edək ki, noyabrın 17-də səfərdə Maltanın qonağı olacaq Kosovo 3 gün sonra doğma meydanda Azərbaycanı qəbul edəcək.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı