75-ci səfər, 20-ci sülh

75-ci səfər, 20-ci sülh
XƏBƏR 12 Noyabr 2018 / 23:00 1553
-  A +

“Zirə” tarixində 75-ci səfər oyununu keçirib.

Qol.az-ın klubun  saytına  istinadən yaydığı xəbərə görə, “Neftçi” ilə Topaz Premyer Liqasının 11-ci turunun qarşılaşması “Qartallar”ın bütün turnirlərdə keçirdiyi yubiley oyunu olub. Komanda Premyer Liqada 52, I divizionda 15, Azərbaycan kubokunda 6, UEFA Avropa Liqasında 2 dəfə rəqib meydanına çıxıb.

“Neftçi” ilə görüşdəki 2:2 hesablı bərabərlik səfər oyunlarında əldə edilən 20-ci heç-heçə olub. Bunlardan 17-si Premyer Liqa, 3-ü I diviziona təsadüf edib.

“Zirə” rəqib meydanlarında ən çox – 4 dəfə “Neftçi” ilə sülh bağlayıb. Ümumilikdə 11 rəqibin meydanından 1 xalla dönən komanda “Keşlə”, “Kəpəz” və “Qəbələ” ilə 3 dəfə heç-heçə edib.


Son xəbərlər