Samir Nəsri Premyer Liqaya qayıdır

Samir Nəsri Premyer Liqaya qayıdır
DÜNYA FUTBOLU 12 Noyabr 2018 / 22:18 4147
-  A +

18 aylıq dopinq cəzasının müddəti başa çatmaq üzrə olan Fransa millisinin sabiq üzvü  Samir Nəsri İngiltərə Premyer Liqasına qayıtmağa hazırlaşır.

Qol.az-ın  Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, "Vest Hem"də məşqlərə başlayan 31 yaşlı oyunçunun yanvarda sözügedən klubla iyunun sonuna kimi müqavilə imzalayacağı bildirilib. O, yeni klubunda həftəsinə 80 min funt sterlinq qazanacaq.

Xatırladaq ki, Samir Nəsrinin son klubu Türkiyə "Antalyaspor"u olub. O, İngiltərənin "Arsenal"  (2008-2011) və "Mançester Siti" (2011-2017) klublarında çıxış edib. 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord