Ronaldo hamını qabaqladı - 88 zərbə ilə

Ronaldo hamını qabaqladı - 88 zərbə ilə
DÜNYA FUTBOLU 12 Noyabr 2018 / 20:51 3598
-  A +

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo Avropanın beş ən böyük liqasında qapılara ən çox zərbə vuran oyunçudur.

Qol.az-ın "Opta Sports"a istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçu bu mövsüm A seriyasında qapılara 88 zərbə vurub. Bunlardan 8-i qolla nəticələnib.

Bu göstəricidə Nikolya Pepe ikinci ("Lill", 55), Serxio Aquero üçüncüdür ("Mançester Siti", 54). Lorenso İnsinye ("Napoli") və Edin Ceko ("Roma") hərəyə 51 zərbə növbəti pillələrdə qərarlaşıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın