"Real" bu gün yeni baş məşqçisinin adını açıqlayacaq

"Real" bu gün yeni baş  məşqçisinin adını açıqlayacaq
DÜNYA FUTBOLU 12 Noyabr 2018 / 19:31 4192
-  A +

"Real" bu gün Santyaqo Solarinin komandanın baş məşqçisi təyin olunduğunu elan edəcək.

Qol.az-ın xəbərinə görə, bu barədə "Marca" nəşri məlumat yayıb. S.Solarinin bu mövsümün sonuna kimi komandanı çalışdıracağı vurğulanıb. La Liqanın reqlamentinə əsasən, məşqçi səlahiyyətlərini müvəqqəti yetirən şəxs iki həftədən çox komandaya rəhbərlik  edə bilməz. Buna görə də bu gün Solari ilə rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, “Real” Solarinin rəhbərliyi altında çıxdığı 4 oyunun hamısında qələbə qazanıb.

Xatırladaq ki, "Real" oktyabrın 30-u baş məşqçisi Xulen Lopeteqini istefaya göndərib. Bundan sonra məşqçi səlahiyyətləri müvəqqəti olaraq S.Solariyə tapşırılıb.


Son xəbərlər