“İngiltərədə futbol oynamamış karyeramı bitirmək istəmirəm” – Dani Alveş

“İngiltərədə futbol oynamamış karyeramı bitirmək istəmirəm” – Dani Alveş
DÜNYA FUTBOLU 12 Noyabr 2018 / 18:35 2516
-  A +

PSJ-nin futbolçusu Dani Alveş İngiltərə Premyer Liqasında oynamaq istədiyini açıqlayıb.

Qol.az-ın məlumatına görə, bu barədə “Teleqraf” nəşrinə danışan 35 yaşlı sağ cinah müdafiəçisi İngiltərədə oynamadan karyerasını bitirmək istəmədiyini söyləyib:

“Premyer Liqada oynamadan karyeramı bitirməyim mümkünsüzdür. Dünyanın ən möhtəşəm futbolunu orada oynayırlar. Hər şeydən öncə, azarkeşlər öz komandalarını sevib, hörmət edirlər. Ora getmək şansım olsaydı, əla olardı”.

Qeyd edək ki, D. Alveş indiyə kimi çıxdığı 695 oyunda 47 qol vurub, 145 qol ötürməsi edib.


Son xəbərlər