Kosovo millisinin heyətində dəyişiklik

Kosovo millisinin heyətində dəyişiklik
XƏBƏR 12 Noyabr 2018 / 18:19 1758
-  A +

Kosovo yığmasının UEFA Millətlər Liqasında Malta və Azərbaycanla oyunlar üçün açıqlanan heyətində dəyişiklik edilib.

Qol.az-ın Kosovo Futbol Federasiyasının rəsmi saytına istinadən yaydığı xəbərə görə,  “Suonsi”nin yarımmüdafiəçisi Bersant Tselina heyətdən çıxarılıb. Buna səbəb 22 yaşlı futbolçunun zədələnməsidir. Tselinanı “Lütsern”in hücumçusu Şelkim Demasay əvəz edib.

Qeyd edək ki, Kosovo noyabrın 17-də Malta ilə səfərdə, 20-də isə Azərbaycanla evdə qarşılaşacaq.


Son xəbərlər