Türkiyə millisinin heyəti açıqlandı

Türkiyə millisinin heyəti açıqlandı
DÜNYA FUTBOLU 12 Noyabr 2018 / 16:11 3937
-  A +

UEFA Millətlər Liqası çərçivəsində noyabrın 17-də səfərdə İsveçlə qarşılaşacaq Türkiyə millisinin heyəti açıqlanıb.

Qol.az-ın Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən yaydığı xəbərə görə, Mirça Luçesku 25 futbolçuya dəvət göndərib. Zədəsini sağaldan "Fənərbaxça"nın futbolçusu Mehmet Topal yenidən yığmaya cəlb olunub.


Qapıçılar: Gökhan Akkan (“Çaykur "Rizespor”), Serkan Kırıntılı (“Konyaspor”), Sinan Bolat (“Royal Antverp”)

Müdafiəçilər: Zeki Çelik (“Lill”), Çağlar Söyüncü (“Lester”), Ertuğrul Ersoy (“Bursaspor”), Kaan Ayhan (“Fortuna”), Mert Müldür (“Rapid Vien”), Merih Demrial (“Alanyaspor”), Serdar Aziz, Ömər Bayram (hər ikisi “Qalatasaray”), Hasan Ali Kaldırım (“Fənərbaxça”)

Yarımmüdafiəçilər: Cengiz Ünder (“Roma”), Serdar Gürler (“Hueska”), Aytaç Kara (“Bursaspor”), Yusuf Yazıcı (“Trabzonspor”), İrfan Can Kahveci, Mahmut Tekdemir (hər ikisi “Başakşəhər”), Oğuzhan Özyakup (“Beşiktaş”), Okay Yokuşlu “Selta”, Tarkan Sərbəst (“Kasımpaşa”), Hakan Çalhanoğlu (“Milan”), Yunus Mallı (“Volfsburq”), Mehmet Topal ("Fənərbaxça")

Hücumçular: Cenk Tosun (“Everton”), Enes Ünal (“Valyadolid”)


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı