“Trabzonspor” Burakı göndərir

“Trabzonspor” Burakı göndərir
DÜNYA FUTBOLU 12 Noyabr 2018 / 15:25 2972
-  A +

“Trabzonspor” Burak Yılmazla yollarını ayırmağa hazırlaşır.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, baş məşqçi Ünal Karaman Türkiyə Superliqasının 11-ci turunun “Bursaspor”la oyununda (0:0) əvəzlənməsinə sərt reaksiya verən 33 yaşlı futbolçunu komandasında görmək istəmir. Təcrübəli forvardın menecerini Trabzona çağıran klub rəhbərliyi müqaviləyə vaxtından əvvəl xitam vermək niyyətindədir.

Qeyd edək ki, ötən mövsümün əvvəlində Çinin “Beyinq Quan” klubundan 3,5 milyon avroya transfer olunan Burakın “Trabzonspor”la müqaviləsinin müddəti 2020-ci ilin mayına qədərdir.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord