Ayxan Abbasovdan “Sumqayıt” açıqlaması: “Oturub, danışmaq lazımdır”

Ayxan Abbasovdan “Sumqayıt” açıqlaması:  “Oturub, danışmaq lazımdır”
ÖLKƏ FUTBOLU 12 Noyabr 2018 / 14:15 3089
-  A +

Ayxan Abbasov bu gün “Sumqayıt”dan ayrılan Nazim Süleymanovun əvəzinə komandaya baş məşqçi təyin olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

“Zirə”nin sabiq çalışdırıcı Qol.az-a açıqlamasında məlumatı təkzib edib. O bildirib ki, hələlik ortada dəqiq bir şey yoxdur:

“Mənə bu barədə dostum dedi. Bildirdi ki, “Feysbuk”da yazıblar. Ancaq real bir şey yoxdur. “Klub rəhbərliyi ilə görüşümüz olub” desəm, yalan olar. Heç şifahi danışıq da olmayıb. Mənə hələ heç kim heç nə deməyib. Klub bu qərarı verib. Deyə bilmərəm, bəlkə, namizədləri arasında mən də varam. Bəlkə də bundan sonra oturub fikirləşəcəklər, 2 saatdan sonra zəng vuracaqlar, gedib görüşəcəyəm. “Keşlə”yə gedəcəyim haqda da çox yazmışdılar. Axırda and içdim ki, elə bir şey yoxdur”.

Abbasov “Sumqayıt”dan təklif gəlsə necə, qəbul edəcəksiniz?” sualına isə bu cür cavab verib: “Oturub, söhbət etmək, vəziyyəti dəyərləndirmək lazımdır. Görək, nə fikirləşirlər, nə istəyirlər. Gərək, klub rəhbərliyi ilə məşqçinin fikirləri üst-üstə düşsün. Bu olmasa, çətindir”.

“Zirə”dən ayrıldıqdan sonra bir müddət istirahət edən məşqçi artıq işləməyə hazır olduğunu bildirib: “İstirahət lazım idi. Deyə bilərəm ki, yetərincə dincəlmişəm (gülür)”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı