PSJ rekordunu yenilədi - ardıcıl 13-cü qələbə

PSJ rekordunu yenilədi -  ardıcıl 13-cü qələbə
DÜNYA FUTBOLU 12 Noyabr 2018 / 14:10 1453
-  A +

Fransa Liqasının 13-cü turunda səfərdə "Monako"nu 4:0 hesabı ilə məğlub edən PSJ öz rekordunu yeniləyib.

Qol.az-ın məlumatına görə, turnir cədvəlində 39 xalla lider olan Paris klubu Liqa 1-də ardıcıl 13-cü qələbəsini qazanaraq əlçatmaz uğura imza atıb.

Qeyd edək ki, buna qədər “Top-5” liqalarda rekord “Tottenhem”ə məxsus idi. London klubu 1960-61 mövsümündə ardıcıl 11 qalibiyyət əldə etmişdi. Bu göstəricini ötən turda yeniləyən PSJ isə artıq öz rekordunu yeniləyib.


Son xəbərlər