“Aşağı liqaya düşəcəyimizə inanmıram” - Mourinyo

“Aşağı liqaya düşəcəyimizə inanmıram” -  Mourinyo
DÜNYA FUTBOLU 12 Noyabr 2018 / 12:11 4127
-  A +

“Mançester Siti” mövsümə güclü başladı və hələ də güclü çıxış edir. Biz isə mövsümə pis başlasaq da, oyunumuzu təkmilləşdirməyə başlamışıq”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo İngiltərə Premyer Liqasının 12-ci turunda səfərdə “Mançester Siti”yə 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

55 yaşlı çalışdırıcısı komandada ciddi problemin olmadığını bildirib: “İnanmıram ki, aşağı liqaya düşək. Oyuna diqqət yetirsəniz, görərsiniz ki, 80 dəqiqə boyunca matçda hər şey ola bilərdi. Buraxdığımız 3-cü qola qədər heç bir azarkeşimizin stadiondan ayrıldığına inanmıram. Çünki hər an hər şey ola bilərdi”.

Qeyd edək ki, “qırmızı-şeytanlar” 12 oyundan sonra 20 xalla 8-ci pillədə qərarlaşıb.

Son xəbərlər