"Qarabağ”la oyun nəyin üzərində işləməli olduğumuzu göstərdi" - Saçko

"Qarabağ”la oyun nəyin üzərində işləməli olduğumuzu göstərdi" -  Saçko
ÖLKƏ FUTBOLU 12 Noyabr 2018 / 11:40 1782
-  A +

"Rəqibimizin hazırlıq üçün bizdən bir gün çox vaxtı olmuşdu. Yüksək sürətlə işləyən mobil komandaya qarşı ağır oyun keçirdik”.

Qol.az-ın məlumatına görə, bu sözləri Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan “Vorskla”nın baş məşqçisi Vasili Saçko Ukrayna Premyer Liqadının 15-ci trunda "Şaxtyor"a uduzduqları oyundan (0:2) sonra mətbuat konfransında  deyib.

Komandasındakı çatışmazlıqlardan danışan çalışdırıcı "Qarabağ"la görüşü də xatırladıb: “Həm “Şaxtyor”, həm də “Qarabağ”la oyun nəyin üzərində daha çox işləməli olduğumuzu göstərdi. Bəzi məqamlarda  istəyimizi həyata keçirə bilmirik. Qarşımıza ciddi hədəflər qoymuşuqsa, 2-3 mövqeni gücləndirməyimiz vacibdir. İndi yığmaların oyunları ilə əlaqədar fasilə yarandı. Bu, nəfəs dərməyimiz baxımından çox önəmlidir. Qarşıda çox vacib oyunlarımız olacaq”.

Xatırladaq ki, “Vorskla” noyabrın 8-də Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Poltavada "Qarabağ"a 0:1 hesabı ilə məğlub olub.

Daha çox


Son xəbərlər