"Qarabağ" səhvləri bağışlamır" - Təmkin Xəlilzadə

"Qarabağ" səhvləri bağışlamır" - Təmkin Xəlilzadə
ÖLKƏ FUTBOLU 11 Noyabr 2018 / 21:38 1804
-  A +

"İkinci dövrəyə çox yaxşı başlamışdıq. Öz meydanımızda uğurlu seriyanı davam etdirmək istəyirdik. Avropa səviyyəsində olan bir komandaya qarşı oynayırdıq. İlk hissədə bizi topsuz qoydular, onu əldə edə bilmirdik. Amma standart vəziyyətdən qol vurduq".

Qol.az xəbər verir ki, bunu "Qəbələ"nin futbolçusu Təmkin Xəlilzadə Topaz Premyer Liqasının XI turunda "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib. 25 yaşlı yarımmüdafiəçi məğlubiyyəti belə şərh edib:

"İkinci hissənin əvvəlində arzuolunmaz qol buraxdıq. Bundan sonra üstünlük tamamilə rəqibdə oldu. Rəqibi analiz etmişdik, amma alınmadı. Bəhanə gətirmək istəmirəm, bəlkə də fasilədən sonra erkən qol buraxmasaydıq, hesab belə olmazdı. Bilirdik ki, ikinci hissə başlayan kimi rəqib təzyiqi artıracaq. "Qarabağ" səhvləri bağışlamır".

Azərbaycan millisinin də üzvü olan Xəlilzadə Millətlər Liqasında qarşıdan gələn Farer adaları və Kosovo ilə görüşlər barədə də danışıb: “Milli son illərdə ən çətin oyunlarına çıxacağıq. Xalqımız adına çox şey qazana bilərik. Bu, bir ilk ola bilər. Evdə Farer adalarını məğlub edib, Kosovoya yüksək əhval-ruhiyyə ilə getməliyik. Maksimum nəticə qazanmağa çalışacağıq.  Farer adaları ilə səfər matçında hava çox soyuq olduğundan oyundan sonra istiliyim var idi. Həkimlər kömək etdilər. Milli forma qızdırmaya baxmır, canımızı verməyə hazırıq". (matç.az)

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"