Kapitan zədələndi

Kapitan zədələndi
DÜNYA FUTBOLU 11 Noyabr 2018 / 13:23 1181
-  A +

“Atletiko”nun futbolçusu Dieqo Qodin sıradan çıxıb.

Qol.az-ın xəbərinə görə, komandanın kapitanı La Liqanın 12-ci turunda “Atletik”lə keçirilən matçda zədələnib.

Klubun rəsmi saytı sol ayağından zədələnən Qodinin 2 gün ərzində tibbi müayinədən keçəcəyini açıqlayıb. Onun yaşıl meydanlardan nə qədər uzaq qalacağı müayinədən sonra bəlli olacaq.

Qeyd edək ki, 32 yaşlı uruqvaylı müdafiəçi bu mövsüm “Atletiko”nun heyətində 15 oyun keçirib və 2 qol vurub.


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq