"Avroliqaya vəsiqə qazanmaq məqsədimiz yoxdur" - Aftandil Hacıyev

"Avroliqaya vəsiqə qazanmaq məqsədimiz yoxdur" - Aftandil Hacıyev
MÜSAHİBƏ 10 Noyabr 2018 / 20:09 2551
-  A +

"Oyunun belə keçəcəyini gözləmirdik. Planlaşdırdıqlarımızdan bəziləri alındı. Lakin bu, "Sabah"ın zəif olduğu anlamına gəlməməlidir".

Qol.az-ın məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Sabah"a 4:0 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının 11-ci tur matçından sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...

- Artıq 2-ci pillədəsiniz. Özünüzü necə hiss edirsiniz?

- Sabah hələ "Qarabağ"ın oyunu var. Həm də qarşımıza hansısa yeri tutmaq məqsədi qoymamışıq. Sadəcə, bütün oyunları təhlil edirik. Digər tərəfdən, itkilərimiz də var. Bu oyuna 14-15 futbolçu ilə hazırlaşmışıq. Yaxşı hisslərdir. Belə hissləri Premyer Liqada yox, əvəzedicilərlə yaşamışıq. Hələ daha çətin nəticələrimiz irəlidədir.

- Komandanın hədəfi nədən ibarətdir?

- İlk gündən məqsədimiz kollektivdə mehribanlıq yaratmaqdır. Amma hər yerdə olduğu kimi bizdə də neqativ hallar baş verə bilər. Bunun qarşısını almağa çalışırıq.

- Sürətli qollarla başlamağı hədəfləmişdiniz, yoxsa oyunun gedişi belə alındı?

- İlk 30 dəqiqə sürətli keçdi. Məqsədimiz də bu idi. Hər bir rəqibə qarşı belə hazırlaşırıq. Lakin rəqibdən-rəqibə fərq var. İlk 25 dəqiqə ərzində rəqibi təəccübləndirməyi nəzərdə tutmuşduq. Artıq "Sabah" da öz üslubu olan komandadır. 0:4 hesablı məğlubiyyət bu komandanın əsl üzü deyil. Gələcəkdə daha da irəli gedəcəklərinə inanıram.

- Tez-tez müdaxilələr edirdiniz...

- Rahid Əmirquliyev və Martinova müdafiədə qarşılamağı tapşırmışdıq. Onlar irəli gedəndə xəbərdarlıq edirdik.

- Hər dəfə məqsəd qoyulmadığını deyirsiniz. Bu, sizə gələcəkdə problem yarada bilərmi?

- Avroliqaya vəsiqə qazanmaq məqsədimiz yoxdur. Amma hər oyuna maksimum köklənməyə və bacardığımız qədər xal toplamağa çalışırıq. Futbolçuların ambisiyaları yerindədir.

- Demək olarmı ki, bu, Avropa kuboklarına hələ hazır olmadığınız deməkdir...

- Belə suallara cavab vermək istəmirəm. İtkilərimiz çoxdur. Bilmirəm ki, büdcəmiz qışda güclənməyə imkan verəcəkmi? Qarşıda 17 tur və ya 51 xal var. Hər bir komanda bu qədər xalı toplaya bilər.

- Hamı "Səbail"in avrokuboklara getməyə hazır olmadığını düşünür...

- Qışda futbolçu gətirmək çətindir. İndidən müəyyən mövqelərə futbolçu axtarırıq. Korotetski mövsümün sonunadək sıradan çıxıb. Bu səbəbdən, müdafiədə istədiyimiz rəqabəti yarada bilməmişik. Hazırda bu mövqeyə yeni oyunçu axtarırıq. Hər futbolçunu götürmək istəmirik. Ola bilər ki, gənc oyunçu çağıraq.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki