"Arsenal"ın futbolçusunun ayağı qırıldı - Video

"Arsenal"ın futbolçusunun ayağı qırıldı -  Video
VİDEO 9 Noyabr 2018 / 11:42 4125
-  A +

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan  "Arsenal" ciddi itki ilə üzləşib.

Qol.az-ın xəbərinə görə,  komandanın hücumçu Denni Uelbek ciddi xəsarət alıb.

27 yaşlı forvard Avroliqanın qrup mərhələsinin 4-cü turunda Londonda "Sportinq"lə keçirilən  matçın  (0:0) 25-ci dəqiqəsində zədələnib. Rəqibin cərimə meydançasında hava mübarizəsindən sonra yerə uğursuz düşən ingiltərəli oyunçu görüşü davam etdirə bilməyib. O, oksigen maskası ilə meydanı tərk edib və xəstəxanaya aparılıb.

Görüşdən sonra komandanın baş məşqçisi Unay Emeri Uelbekin ayaq biləyində qırıq aşkarlandığını bildirib.

 



Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı