"Sabah bizi çətin və vacib oyun gözləyir. Dördüncü oyunda yaxşı nəticəni yaxşı oyunla əldə etmək istərdik. Bu, çətin olacaq. "Vorskla" öz meydanında aqressiv çıxış edir. Ötən müddətdə futbolçuları matça hazırlamışıq. Sabah onların yaxşı mübarizə aparacaqlarını və diqqətli olacaqlarını gözləyirik. Ola bilər ki, matçın gedişində dəyişikliklər olsun. Buna hazır olmalıyıq".
Qol.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Poltavada Ukrayna "Vorskla"sı ilə keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin IV tur matçından əvvəl mətbuat konfransında deyib. Daha sonra 46 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
- Zədəlilərin vəziyyəti necədir?
- Yalnız Ansi Aqolli meydanda olmayacaq. Maksim Medvedev və Donald Gerrye tam hazır olmasalar da, oynamaq ehtimalı var.
- Bu matça revanş kimi yanaşmaq olarmı?
- Buna revanş deməzdim. Dördüncü oyunumuzdur, xalımız yoxdur. Digər rəqiblərə qarşı da belə istəklə çıxacaqdıq. İndiyədək göstərdiyimiz oyun nəticə üçün kifayət etməyib. Sabah bizim üçün çox vacib olacaq. Bu, dördüncü oyunumuzdur. Elə rəqib üçün də bu, belə olacaq. Qalib gələcəkləri halda, bu, "Vorskla" üçün mərhələ adlamaq baxımından böyük şans olacaq.
- "Vorskla" yenə münasib rəqib kimi qalır?
- Bəli, bu komandaya qarşı daha yaxşı oyun sərgiləmək olar. Amma belə rəqibləri nə üstün, nə də aşağı sayıram. Onlar bizdən daha üstün olan Ukrayna çempionatında oynayırlar. Biz neçə illərdir avrokubok təcrübəsi toplayırıq. Daha güclü çempionatlardan olan, ustalıq səviyyələri yüksək komandaları qarşı çıxış etmişik. Bakıdakı görüşdə heç də rəqibdən geri qalmamışdıq. Ola bilər ki, rəqib öz meydanında daha aktiv, aqressiv oynasın. Bura yaxşı oyun və nəticə üçün gəlmişik. İstənilən rəqibə qarşı belə istəklə çıxacaqdıq. Lakin rəqibə hörmətlə yanaşırıq. "Vorskla"nın öz oyun üslubu var. Çalışacağıq ki, hər birinizi sevindirək.
- "Arsenal"la oyunda daha çox şans əldə etsəniz də, "Vorksla" ilə qarşılaşmada bunu görmədik. Bu, motivasiyanın fərqli olması ilə əlaqədar idi, yoxsa rəqib buna imkan vermədi?
- "Arsenal"la oyunda doğrudan da fərqli görünürdük. Amma deməzdim ki, "Vorskla" ilə qarşılaşmada motivasiyamız az idi. Rəqib yaxşı müdafiə olunurdu. Sadəcə, ustalıq səviyyəsi aşağı oldu ki, imkanlardan yararlana bilmədik. "Arsenal" daha açıq futbol oynayırdı, buna görə hücumlar qura bilirdik. "Vorskla" isə buna şərait yaratmadı, tez qapandı. Digər tərəfdən, üzərimizdə psixoloji basqı var. Azərbaycanın yeganə təmsilçisiyik. Futbolçularda psixoloji yorğunluq olur. Həddən artıq istəkli olduqda, düşündüyünü həyata keçirməkdə çətinlik çəkirsən. Ola bilsin, yenə belə fikirləşiblər. Bu da bizə son nöqtəni qoymaqda mane oldu. Oyunu analiz etmişik. Düşündüyümüz alınsa, ola bilər ki, sabah ilk qarşılaşma ilə müqayisədə tam əksi olsun.
- İlk oyunla müqayisədə dəyişiklik ediləcək?
- Dəyişiklik olacaq. Bu, yaxşı nəticə üçün ediləcək (Report).
"Beşiktaş"dan qələbə
Avroliqada həftənin ən yaxşı futbolçusu odur
Yayda "Real"dan ayrılmaq istəyini rəhbərliyə bildirdi
18 xalları silindi, elitanı tərk edəcəklər
"Futbolçular uduzmaqdan qorxurdular" - Ayxan Abbasov
"Sumqayıt" "Turan Tovuz"u belə məğlub etdi - Video
"Sumqayıt" "Turan Tovuz"a qalib gəldi, 2-ci pilləyə yüksəldi
ÇL-də həftənin ən yaxşı oyunçusu
ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq
Ançelotti Ardaya icarəyə getməyi məsləhət görüb
La Liqa klubu baş məşqçi ilə müqaviləni uzatdı
Tovuzda heyətlər açıqlandı
"Roma"nın Lukaku qərarı
"Barselona" "Kamp Nou"ya nə vaxt qayıdacaq?
Naqelsmann daha 2 il Almaniya millisində
Bojoviç yeni mövsüm "Neftçi"də qalacaqmı? - Açıqlama
"Yuventus"a Ronaldo şoku
"Qəbələ" legioneri ilə müqaviləni ləğv etdi
Qurban Qurbanovun "Beşiktaş"ın baş məşqçi vəzifəsinə namizəd olması - Rəsmən təsdiqləndi
Xabi Alonso "Bayer"dən narazıdır
Olimpiya Oyunlarının məşəli yandırıldı - Video, Şəkillər
Premyer Liqanın oyunlarına hakim təyinatları açıqlandı
Avroliqada həftənin ən yaxşısı adına namizədlər
Pioli: "Milan"da qətiyyət çatışmırdı"
Klopp məğlubiyyətin səbəbini açıqladı
"Fənərbaxça" Konfrans Liqası ilə belə vidalaşdı - Video
"Bayer"dən Avropa rekordu
Konfrans Liqasında yarımfinalçılar müəyyənləşdi
"Qaradağ Lökbatan"dan səfər qələbəsi - Video
Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib
"Dinamo" - "Qusar" matçında 4 qol - Video
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı
Tuhel bunu bacaran ilk alman məşqçidir
İngiltərə kubokunun formatı dəyişir
"Zaqatala"nın qələbəsi - Video
"Qusar"dan darmadağın
"İmişli" xal itirdi, liderdən qələbə
"Arsenal"ı nokaut etmək gözəl idi"
Ayşən Abduləzimova Macarıstan çempionu oldu
Arda Güler "Sevilya"ya rədd cavabı verdi
Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik