"Sabah ağır oyun olacaq. Çətin komandaya qarşı oynayacağıq. Bu günü çoxdan gözləyirdik".
Qol.az-ın məlumatına görə, bunu Ukraynanın "Vorskla" klubunun baş məşqçisi Vasili Saçko Poltavada "Qarabağ"la keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin 4-cü tur matçından əvvəl mətbuat konfransında deyib. 43 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- İlk oyunda müdafiə futboluna üstünlük vermişdiniz. Sabah da belə olacaq?
- Necə lazım olduğunu hesab ediriksə, elə də çıxış edəcəyik. Özümüzə görə taktikamız, oyun sistemimiz var. "Qarabağ"ın yaxşı oyunçu seçimi var. Müxtəlif yığmalarda çıxış edən futbolçulara malikdir. Azarkeşlər bizim 12-ci oyunçumuz olacaq. Yaxşı oyun sərgiləməyə çalışacağıq. Əsas məsələ isə nəticədir.
- Bukmeyker kontorları "Vorskla"nın qələbəsini gözləyir. Buna münasibətiniz necədir?
- Məni bukmeykerlər maraqlandırmır. Bu barədə çoxlu söz-söhbət var. Yenə təkrar edirəm: "Qarabağ" çox güclü komandadır. Əsas məqsədimiz qələbədir.
- Sabahkı görüşdə kimlərə güvənəcəksiniz?
- Zədəsi olan futbolçulardan başqa hamısına inanırıq. Kimi uyğun bilsək, meydana buraxacağıq.
- Azərbaycana qələbə dalınca getdiyinizi demişdiniz. Bəs bu dəfə hədəf necə olacaq?
- Birinci ildir işləmirəm. Hər zaman hər şey istədiyimiz kimi olmur. Öz uğurlarımla fəxr edə bilmərəm. Amma pis əsgər odur ki, general olmaq istəmir. Müsbət nəticə üçün çalışacağıq. Əvvəla evdə oynayırıq, digər tərəfdən, azarkeşlərimiz qarşısında çıxış edəcəyik. Rəqibin baş məşqçisi həm də milliyə rəhbərlik edir, ambisiyalıdır. Bu futboldur, hər şey mümkündür. İlk oyunda hansısa mənada bəxtimiz gətirdi. Rəqibin daha çox şansı var idi. Əlbəttə, bu dəfə biz gözəl futbol oynamaq istəyirik. Amma öz imkanlarımız daxilində əlimizdən gələni ortaya qoyacağıq.
- Vaxtilə "Qarabağ"la eyni qrupda çıxış etmiş Ukraynanın digər təmsilçisi "Dnepr" də Avropa Liqasında finaladək irəliləmişdi...
- O oyunları xatırlayıram. Bəli, bu gün bizim çempionatda "Dnepr", "Metallist" kimi komandalar çatışmır. Çoxdandır "Qarabağ"ın oyunlarını izləyir, araşdırıram. Hazırda Azərbaycanda futbol inkişaf edir. Bunu klublarınızın nailiyyətləri də göstərir. Bizim isə Avropa Liqasını qazanmaq kimi hədəfimiz yoxdur. Amma sabahkı oyundan sonra hər şey öz yerini tutacaq.
- Futbolçuların hamısı formadadır?
- Bütün sağlam futbolçular bizimlə bərabər çalışır. Zədəlilər isə fərdi qaydada çalışırlar. Bizdə oyun intizamı və balanslaşdırılmış komanda var. Məqsədimiz bütün görüşlərdən qələbə ilə ayrılmaqdır. Bu gün futbolçularımdan razıyam. Hər bir qələbə təcrübə qazandırır. "Arsenal"la oyundan sonra anladıq ki, istənilən komandaya qarşı oynaya bilərik. Biz öz büdcəmizə uyğun işimizi qururuq. İstəyirik ki, daha güclü komandalarla özümüzü göstərək (Report).
"Yuventus"dan xal itkisi
"Beşiktaş"dan qələbə
Avroliqada həftənin ən yaxşı futbolçusu odur
Yayda "Real"dan ayrılmaq istəyini rəhbərliyə bildirdi
18 xalları silindi, elitanı tərk edəcəklər
"Futbolçular uduzmaqdan qorxurdular" - Ayxan Abbasov
"Sumqayıt" "Turan Tovuz"u belə məğlub etdi - Video
"Sumqayıt" "Turan Tovuz"a qalib gəldi, 2-ci pilləyə yüksəldi
ÇL-də həftənin ən yaxşı oyunçusu
ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq
Ançelotti Ardaya icarəyə getməyi məsləhət görüb
La Liqa klubu baş məşqçi ilə müqaviləni uzatdı
Tovuzda heyətlər açıqlandı
"Roma"nın Lukaku qərarı
"Barselona" "Kamp Nou"ya nə vaxt qayıdacaq?
Naqelsmann daha 2 il Almaniya millisində
Bojoviç yeni mövsüm "Neftçi"də qalacaqmı? - Açıqlama
"Yuventus"a Ronaldo şoku
"Qəbələ" legioneri ilə müqaviləni ləğv etdi
Qurban Qurbanovun "Beşiktaş"ın baş məşqçi vəzifəsinə namizəd olması - Rəsmən təsdiqləndi
Xabi Alonso "Bayer"dən narazıdır
Olimpiya Oyunlarının məşəli yandırıldı - Video, Şəkillər
Premyer Liqanın oyunlarına hakim təyinatları açıqlandı
Avroliqada həftənin ən yaxşısı adına namizədlər
Pioli: "Milan"da qətiyyət çatışmırdı"
Klopp məğlubiyyətin səbəbini açıqladı
"Fənərbaxça" Konfrans Liqası ilə belə vidalaşdı - Video
"Bayer"dən Avropa rekordu
Konfrans Liqasında yarımfinalçılar müəyyənləşdi
"Qaradağ Lökbatan"dan səfər qələbəsi - Video
Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib
"Dinamo" - "Qusar" matçında 4 qol - Video
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı
Tuhel bunu bacaran ilk alman məşqçidir
İngiltərə kubokunun formatı dəyişir
"Zaqatala"nın qələbəsi - Video
"Qusar"dan darmadağın