“Zirə”nin müdafiəçisi Miloş Radivoyeviç Topaz Premyer Liqanın 10-cu turunda “Səbail”lə qolsuz bərabərə qaldıqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Qol.az-ın məlumatına görə, serbiyalı futbolçu əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.
- Xüsusilə birinci hissədə çox yaxşı oyun göstərdik. Amma təəssüflər olsun ki, ələ düşən 3 real qol imkanından istifadə edə bilmədik. Eyni sözləri ikinci yarıya da aid etmək olar. Xüsusilə qırmızı vərəqədən sonra rəqibi müdafiədə oturmağa məcbur etdik. Ancaq sıx müdafiəni yarmaq bizim üçün çətin oldu. Nəticədə 2 xal itirdik.
- Meydanda say üstünlüyü də sizin tərəfinizdə idi. Bundan artıq nə olmalıdır ki, komandanız qələbə qazana bilsin?
- Bayaq da qeyd etdiyim kimi, rəqib azlıqda qaldıqdan sonra bütün komanda ilə müdafiə olunmağa başladı. Bu, isə bizə müəyyən çətinliklər yaratdı. Boş zona tapa, müdafiəni yara bilmədik. Bir epizodda Pərdisin əlinə yaxşı fürsət düşdü, lakin top qapı dirəyinə dəydi. 2-3 epizodda isə qapıçı komandasını xilas etdi.
- Hücumçuların qol vura bilmədiyini görüb, bir-iki epizodda özünüz uzaq məsafədən qapını yoxladınız...
- Ümumiyyətlə, uzaqdan zərbə vurmağı xoşlayıram. Həmin epizodda da düşündüm ki, ot örtüyü təbiidir, bəlkə top sürüşüb qapıya daxil olar. Amma onu deyim ki, zərbə elə də yaxşı alınmadı. Oyunun qəhrəmanına çevrilmək yox, daha çox komandama kömək etmək istəyirdim. Təəssüf ki, top rəqib futbolçuya dəydi.
- Samir Abasovun gəlişindən sonra cəmi 1 qələbə qazanmısınız. Komandanın çıxışı sizi qane edir?
- Son oyunlardakı çıxışımızdan razıyıq. Topla daha çox oynayırıq və bundan zövq alırıq. Düşünürəm ki, hər şey yaxşı olacaq.
- Növbəti turda “Neftçi” ilə qarşılaşacaqsınız. Liderlə matçda nə gözləyirsiniz?
- Bu cür oynamağa davam etsək, qələbələr gələcək. Hansı rəqibə qarşı oynamaq bizim üçün fərq etmir. Heç bir komandadan çəkinmirik. “Neftçi” ilə əvvəlki oyunumuzda da qeyri-adi nəsə etmədilər. 2 zərbə vurdular, 2-si də qol oldu. Belə oynasaq, nəticələr yaxşı olacaq.
"Roma"nın Lukaku qərarı
"Yuventus"a Ronaldo şoku
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı
Tuhel bunu bacaran ilk alman məşqçidir
İngiltərə kubokunun formatı dəyişir
"Zaqatala"nın qələbəsi - Video
"Qusar"dan darmadağın
"İmişli" xal itirdi, liderdən qələbə
"Arsenal"ı nokaut etmək gözəl idi"
Ayşən Abduləzimova Macarıstan çempionu oldu
Arda Güler "Sevilya"ya rədd cavabı verdi
Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik
Bellinqem: "Oyunun sonunda ayaqlarım ölmüşdü"
Tovuz ilk dəfə avrokubok oyununu qəbul edə bilər
Azərbaycanı Avropa çempionatında təmsil edəcək şahmatçılar
Arteta: "Çempionlar Liqasında oynamağı öyrənməliyik"
"Narazılıq olub, təhqir olmayıb"
Noyerdən yeni rekord