"Meydanda yalnız "Zirə" var idi" - Samir Abasov

"Meydanda yalnız "Zirə" var idi" -  Samir Abasov
PREMYER LİQA 4 Noyabr 2018 / 21:50 2739
-  A +

“Futbolçuların paltardəyişmə otağındakı üzüntüsü mənə də sirayət etdi. Təəssüf ki, son 3 oyunda 9 xal qazanmalı olduğumuz halda, 1 xalla kifayətlənirik. Ancaq bu cür durum məni sevindirir. İrəliləyiş var. Bilmirəm, bizə azarkeşlik edənlər nə dərəcədə zövq aldı. Amma meydanda yalnız “Zirə” var idi”.
 

Qol.az-ın məlumatına görə, bu sözlər “Zirə”nin baş məşqçisi Samir Abasov Topaz Premyer Liqanın 10-cu turunda "Səbail"lə keçirilən oyundan (0:0) sonra mətbuat konafransında deyib.

- Cəmi 1 dəyişiklik etdiniz...

- Meydançadakı oyunçuların sərgilədiyi futbol məni qane edirdi. Bircə Dilan bir qədər tempdən düşdü, onu da əvəzlədim.

- Oyun var, amma fərdi ustalıq axsayır. Qış fasiləsini çox arzulayırsınız?

- İndi desəm ki, kiminsə səviyyəsi məni qane etmir, bu, ümumi işimizə mane ola bilər. Ancaq qışda hücum xəttinin güclənməsinə ehtiyac var.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı