“Zədələr mənə aman vermir” – Dani Kintana

“Zədələr mənə aman vermir” – Dani Kintana
MÜSAHİBƏ 3 Noyabr 2018 / 22:25 4079
-  A +

"Qarabağ”ın futbolçusu Dani Kintana Topaz Premyer Liqasının 10-cu turunda Tofiq Bəhramov adına Respublika stadionunda “Sumqayıt”a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, uzun müddətdir zədədən əziyyət çəkən 31 yaşlı yarımmüdafiəçi ilk olaraq, yaşıl meydanlara yenidən qayıtması ilə bağlı danışıb:

- Zədələr mənə aman vermir. Yenidən oynadığım üçün çox xoşbəxtəm. Ümid edirəm ki, bundan sonra müntəzəm oynayacağam.

- Nə qədər vaxtdan sonra əvvəlki Kintananı görə bilərik?

- Məşqlərdə normal iştirak edirəm. Ancaq oyunla məşqlərin ritmi eyni deyil. Nə qədər çox oynasam, o qədər tez formamı bərpa edəcəyəm.

- Avropa Liqasında “Qarabağ”ın 3 oyundan sonra xalı yoxdur. “Vorskla” səfərində nəyəsə ümid etmək olar?

- Elə düşünmək olmaz ki, bizim üçün artıq qatar gedib. Hər oyuna hazırlaşırıq. Özümüzdə asılı olmasa da, nəzəri olsa da, şanslarımız qalır. Avropada hər şey tam fərqlidir. Bir nəfər hazır olmasa, ümumi komandaya təsir edir. Bütün heyəti nəzərdə tuturam, hamı hazır olmalıdır ki, uğur olsun.

- “Qarabağ”ın son oyunlardakı uğursuzluğuna kənardan baxanda hansı səbəbləri görürdünüz?

- Öncə onu deyim ki, son 5 oyundakı məğlubiyyətlərimizin biri qələbə idi. Üç xalın əlimizdən alınması artıq tam başqa mövzu idi. Əsas odur ki, qələbə qazandıq. “Qarabağ”ın düşdüyü durum yeni bir şeydir. Yeganə çıxış yolu eyni istiqamətə müsbətə doğru getməkdir.

- “Neftçi”dən 5 xal geri qalırsınız. Çempionluq sizin üçün çətin görünmür?

- Aydın məsələdir ki, çempionluq yolunda əsas rəqibimiz “Neftçi”dir. Çətin olacağını düşünürəm. Vəziyyəti düzəltmək öz əlimizdədir.


- “Vorskla”nı Bakı Olimpiya Stadionunda deyil, Tofiq Bəhramov adına Respublika stadionunda qəbul etsəydiniz, qalib gələ bilərdiniz?

- Sizinlə tamamilə razıyam. Əgər BOS yarıya qədər dolursa, bura tam şəkildə azarkeşlə olacaqdı. Bizim gözəl günlərimiz burada olub, yaxşı nəticələr qazanmışıq. Amma bizdən asılı olmayan məsələlər var.

Daha çox


Son xəbərlər