"Şərt deyil ki, hər oyunda iki-üç qol vuraq" - Roberto Bordin

"Şərt deyil ki, hər oyunda iki-üç qol vuraq" - Roberto Bordin
MÜSAHİBƏ 3 Noyabr 2018 / 20:14 3062
-  A +

"Bu böyük qələbədir. Bütün futbolçular əzmkar oynadılar, qələbə hissini göstərdilər. Komandamı təbrik edirəm. Ona görə önəmli oldu ki, süni meydançaya uyğunlaşmağa vaxt lazım idi. Belə qazonda da çox yaxşı oyun nümayiş etdirdik".

Qol.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin səfərdə "Keşlə"yə 1:0 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının X tur matçından sonra mətbuat konfransında deyib. Daha sonra italiyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- Bu, indiyədək qarşılaşdığınız ən pis qazonlardan biri idi?

- Deyə bilmərəm ki, pisdir. Sadəcə, buna uyğunlaşmamışıq.

- Rəhman Hacıyevin çıxışını necə dəyərləndirərdiniz?

- Öz mövqeyində oyunu alınırdı. İti ötürmələr edə bilirdi. Hücumlara qoşulmaqda özünü yaxşı göstərdi. Rəhmanın oyunundan razıyam. Sadəcə, son nöqtəni qoya bilmirdi.

- Erkən qol planlarınıza nə dərəcədə təsir etdi? İkinci qolu vuraraq, hesabda üstünlüyü artırmağınıza nə mane oldu?

- Qol vəziyyətlərimiz oldu, ancaq istifadə edə bilmədik. Əsas odur ki, hesabı qoruduq. Şərt deyil ki, hər oyunda 2-3 qol vuraq.

- Komandanız bu heyətlə çempion ola biləcəkmi?

- Komandamızdan çox razıyıq. Yaydan bəri çox böyük artım var. Futbolçuların hər birindən razıyam. Çempionat uzundur. Uğurlu nəticə üçün addım-addım haqda düşünmüşük. "Zirə"ylə qarşıdakı oyun da bizim üçün vacibdir.

- Tərlan Əhmədov amilinə görə matç prinsipial idi. Bu barədə məlumatlı idinizmi və məğlub ola biləcəyinizə dair təzyiqi üzərinizdə hiss edirdinizmi?

- "Neftçi"nin baş məşqçisiyəm. Kənardan deyilənlər mənə maraqlı deyil. Diqqətimizi hazırlığa yönəltmişik.

- Baxışda olan afrikalı futbolçunun aqibəti necə olacaq?

- Məşqlərdə özünü yaxşı tərəfdən göstərir. Adaptasiyası da yaxşı gedir. Hələ vaxtımız var. Əsas odur ki, komandamıza kömək etməlidir (Report).

Daha çox


Son xəbərlər