"Qarabağ"ın oyununun yeri dəyişdi - PFL təsdiqlədi

"Qarabağ"ın oyununun yeri dəyişdi - PFL təsdiqlədi
PREMYER LİQA 1 Noyabr 2018 / 14:00 3272
-  A +

Topaz Premyer Liqasının 10-cu turunda keçiriləcək "Qarabağ" - "Sumqayıt" oyununun yeri dəyişdiriləcəyi təsdiqlənib.

Qol.az-ın xəbərinə görə, bu barədə Peşəkar Futbol Liqasının (PFL) saytı məlumat yayıb.

“Qarabağ” PFL-ə müraciət ünvanlayıb. Müraciətdə ev oyunlarının keçirildiyi “Azersun Arena”nın işıqlandırma sistemində nasazlıqlar yarandığına və təmirə ehtiyac duyulduğuna görə “Qarabağ” və “Qarabağ-2” komandalarının növbəti matçlarının yerinin dəyişdirilməsi xahiş olunub.
Mövcud vəziyyəti araşdıran Peşəkar Futbol Liqası “Qarabağ” klubunun ev oyunları ilə bağlı aşağıdakı qərarları qəbul edib:

I Divizionun IX turunun “Qarabağ-2” – MOİK qarşılaşması isə 2 noyabr tarixində “Azersun Arena”da oynanılacaq.

Topaz Premyer Liqasının X turunun “Qarabağ” – “Sumqayıt” görüşü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq