"Keşlə"nin yeni baş məşqçisi Tərlan Əhmədovun müsahibəsi
- Əvvəla yeni təyinatınız xeyirli olsun. Necə oldu ki, bu vəzifəyə gətirildiniz?
- Çox sağ olun, hamı işində uğurlu olsun. Klub prezidenti Zaur Axundov dünən axşam zəng vurub dəvət etdi. Oturub hərtərəfli söhbət etdik və razılığa gəldik.
- Hansı komandaya gəldiyinizi yəqin ki, bilirsiniz...
- Nə demək istədiyinizi başa düşürəm. Heç vaxt fikirləşməmişəm ki, mütləq turnir cədvəlində yüksək pillələrdə qərarlaşan komandaya getməliyəm. Bizi uzun marafon gözləyir, çətin olacağını bilirəm. Hesab edirəm ki, insan çox şeyə nail ola bilər. Komanda ilə tanış olandan, futbolçularla söhbət edəndən sonra vəziyyəti daha yaxşı görəcəyəm. Psixoloji baxımdan oyunçularda təzyiq ola bilər. Hər halda, bizim işimiz bundan ibarətdir, qorxmadan, mərd-mərdanə bunun öhdəsindən gəlməliyik. Məşqçilər hər zaman uğursuzluq olan yerə dəvət alırlar, uğur qazanılan yerə yox. Belə çətinliklərdən qorxmuram.
- Sizin və Axundovun qarşılıqlı şərtləri nədən ibarət oldu?
- Şərt deyəndə, ilk növbədə komandanı qara zolaqdan çıxarmaq lazımdır. Hər şey normal, öz qaydasında görünür. Bəzən komanda qara zolağa düşür, çətinliklərlə üzləşir. Biz bir-birimizə dəstək olaraq, komandanı bu durumdan çıxarmalıyıq.
- Qarşınıza konkret hədəf qoyulubmu?
- Hazırda konkret bu barədə düşünmürük. Yarış hələ uzundur. Fikrimiz Premyer Liqada qalmaq yox, avrokuboka vəsiqə qazanmaqdır. “Keşlə” ötən mövsüm Avropa Liqasında iştirak edib. Bunu təkrarlamağa çalışacağıq. Çoxları düşünə bilər ki, bu, əlçatmazdır. Ötən il də “Neftçi”də işlədiyim zaman bu fikir var idi. Həyatda mümkünsüz heç nə yoxdur. Sadəcə, istək, birlik, dostluq olmalıdır ki, komanda yuxarı pillələrdən birini tutsun. Hədəfimiz turnir cədvəlində maksimum dərəcədə yüksək yer tutmaqdır.
- Çoxları Zaur Axundovun çətin adam olduğunu düşünür. Siz isə onunla bir dəfə çalışmısınız...
- “Neftçi” Avropa Liqasının qrupuna vəsiqə qazandığı dövrdə onunla bir yerdə işləmişik. Normal, səmimi ünsiyyətimiz olub. Hamı barədə mənfi və ya müsbət fikirlər səslənir. Axundov klub rəhbəridir, məğlubiyyətlə barışmayan insandır. Mən onda çətin bir xasiyyət görməmişəm. Düşünürəm ki, onunla aramızda olan xoş münasibət komandaya da müsbət təsir edəcək və birlikdə uğur qazanacağıq.
- “Keşlə” heyət baxımından bəzi komandalardan heç də zəif görünmür. Üstəlik, kifayət qədər alternativli heyəti var. Siz necə düşünürsüz, bu oyunçularla nəsə etmək olarmı?
- İlk gündən çempionatın bütün turlarını, oyunlarını izləmişəm. Demək olar ki, eyni səviyyəli komandalardır. Biri uğursuzluq zolağına düşə, biri çətinliklə üzləşə bilər. “Keşlə”də milli üzvləri, əcnəbilər, U-21-ə çağırılanlar da var. Məncə, nəyəsə nail olmaq mümkündür. İlk növbədə komandanı bu çətin durumdan çıxarmalı, sonra pillə-pillə yüksəlməliyik.
- Oyunları izlədiyinizi dediniz. Kənardan “Keşlə”nin problemini nədə görürdünüz?
- Problemsiz iş yoxdur. Hətta uğur qazandığın yerdə belə problem yaşaya bilərsən. Əgər komanda qara zolağa düşübsə, deməli, burda bəzi amillər var. Kənardan baxanda görürdün ki, komanda oynayır, qol epizodları yaradır, ancaq qalibiyyət ruhu formalaşmayıb. İşin içinə girəndən sonra daha yaxşı görəcəyəm. Düşünmürəm ki, burda qlobal problem var. Bəzən uğursuz start götürüb, ardından öz oyununu tapır və daha yaxşı çıxış edə bilirsən.
- Hər baş məşqçi gələn kimi öz heyətini qurmağa çalışır. Qış fasiləsində “Keşlə”də ciddi dəyişiklik gözlənilirmi?
- Birdən-birə bütün komandanı dəyişmək olmaz. Qarşıda bizi sıx qrafiklə çətin oyunlar gözləyir. Hələ ki, nəyisə dəyişmək və ya əlavə etmək barədə fikirləşmirik. Bu haqda heç söhbətimiz də olmayıb. Qışa qədər xal ehtiyatını artırmaq lazımdır. Ondan sonra rəhbərliklə oturub müzakirə aparmaq olar.
Mənbə: matç.az
"Yuventus"dan xal itkisi
"Beşiktaş"dan qələbə
Avroliqada həftənin ən yaxşı futbolçusu odur
Yayda "Real"dan ayrılmaq istəyini rəhbərliyə bildirdi
18 xalları silindi, elitanı tərk edəcəklər
"Futbolçular uduzmaqdan qorxurdular" - Ayxan Abbasov
"Sumqayıt" "Turan Tovuz"u belə məğlub etdi - Video
"Sumqayıt" "Turan Tovuz"a qalib gəldi, 2-ci pilləyə yüksəldi
ÇL-də həftənin ən yaxşı oyunçusu
ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq
Ançelotti Ardaya icarəyə getməyi məsləhət görüb
La Liqa klubu baş məşqçi ilə müqaviləni uzatdı
Tovuzda heyətlər açıqlandı
"Roma"nın Lukaku qərarı
"Barselona" "Kamp Nou"ya nə vaxt qayıdacaq?
Naqelsmann daha 2 il Almaniya millisində
Bojoviç yeni mövsüm "Neftçi"də qalacaqmı? - Açıqlama
"Yuventus"a Ronaldo şoku
"Qəbələ" legioneri ilə müqaviləni ləğv etdi
Qurban Qurbanovun "Beşiktaş"ın baş məşqçi vəzifəsinə namizəd olması - Rəsmən təsdiqləndi
Xabi Alonso "Bayer"dən narazıdır
Olimpiya Oyunlarının məşəli yandırıldı - Video, Şəkillər
Premyer Liqanın oyunlarına hakim təyinatları açıqlandı
Avroliqada həftənin ən yaxşısı adına namizədlər
Pioli: "Milan"da qətiyyət çatışmırdı"
Klopp məğlubiyyətin səbəbini açıqladı
"Fənərbaxça" Konfrans Liqası ilə belə vidalaşdı - Video
"Bayer"dən Avropa rekordu
Konfrans Liqasında yarımfinalçılar müəyyənləşdi
"Qaradağ Lökbatan"dan səfər qələbəsi - Video
Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib