Aftandil Hacıyevdən qələbə şərhi

Aftandil Hacıyevdən qələbə şərhi
PREMYER LİQA 28 Oktyabr 2018 / 18:03 1998
-  A +

“Gərgin oyun alındı. İlk 30 dəqiqəni aktivimizə yazardım. Ağabala Ramazanov zədələndikdən sonra planlarımız pozuldu. Koçuk qırmızı vərəqə aldıqdan sonra isə tam heyətlə müdafiəyə çəkildik”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Topaz Premyer Liqanın 9-cu turunda “Keşlə”yə qalib gəldikləri oyundan (2:1) sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis qələbəni belə şərh edib: “Əks-hücumlar zamanı 1-2 epizod qazandıq. Əsas 3 xal qazanmaq idi, bunu bacardıq. İstərdik ötən tur "Qarabağ”a texniki qələbəylə yox, öz alın tərimizlə qalib gələk. İstəyirdik ki, xal fərqini qoruyaq. Rəqiblər güclüdürlər. "Keşlə” fasilə zamanı 3 oyunçuyla güclənib və bilirdik ki, bizə çətin olacaq".


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı