"Rəqib futbolçunu vurmağı ağlımdan keçirmədim" - Lalavele Atakora

"Rəqib futbolçunu vurmağı ağlımdan keçirmədim" - Lalavele Atakora
PREMYER LİQA 27 Oktyabr 2018 / 22:35 2502
-  A +

"Hər iki komandanın ifasında yaxşı oyun izlədik. Çox sayda qol epizodları oldu. Həm rəqib, həm də biz qalib gələ bilərdik".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Lalavele Atakora Topaz Premyer Liqasının 9-cu turunda səfərdə "Sumqayıt"la heç-heçə (2:2) etdikləri oyunu dəyərləndirərkən deyib.

27 yaşlı toqolu futbolçu nəticəni qənaətbəxş sayıb: "Bugünkü oyundan heç-heçə ilə ayrıldıq, bir xal qazandıq. Nəticəni qənaətbəxş saymaq olar. Nəzərə almaq lazımdır ki, hesabda geridə idik. İlk hissədə yaxşı oynamasaq da, ikinci hissədə özümüzə gəldik. Erkən qol buraxdığımız üçün komandada çaşqınlıq var idi. Geridönüş etmək komandanın gücündən xəbər verir. Səhvlərimizi araşdıracağıq, növbəti oyuna yaxşı hazırlaşacağıq".

Atakora növbəti oyunlarda qələbələr qazanmaq üçün əllərindən gələni edəcəklərini bildirib: "Biz hər oyuna 3 xal üçün çıxırıq. Təbii ki, nəticələr hər zaman istədiyimiz kimi olmur. Növbəti oyun doğma meydanda, öz azarkeşlərimiz qarşısında oynayacağıq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

 "Qırmızı-qaralar"ın qollarından birinin müəllifi oyunun son dəqiqələrində baş verən qalmaqaldan danışıb: "Qalmaqal bizim qapımız yaxınlığında baş verdi. Meydanın rəqibə aid hissəsində olduğum üçün heç nə görmədim. Bundan başqa, rəqib futbolçunu vurmağı ağlımdan keçirmədim".


Son xəbərlər