"Çox gərgin oyun alındı. Hesabı açsaq da, rəqib status-kvonu bərpa elədi. Son dəqiqələrdə “Zirə” də təzyiqi artırmışdı. Düşünürəm ki, komanda ruhu göstərdik. Sona qədər mübarizə apardıq və bunun bəhrəsini uzatma dəqiqələrində gördük".
Qol.az-ın məlumatına görə, bu sözləri "Sabah"ın futbolçusu Cavid İmamverdiyev Topaz Premyer Liqanın 9-cu turunda "Zirə"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
- Bu gün “Sabah”ın bəxti gətirdi, yoxsa fərqli oyun nümayiş etdirdiniz?
- Qolları nəzərə tutursunuzsa, belə deyil. Hamısı düşünülmüş şəkildə vurulur. Oyun baxımından nəinki bizim, “Zirə”nin də bəxti gətirdi. Bu, futboldur, oynayırsan, amma bəxt də olmalıdır. Şans gözəl şeydir. Bu gün xarakter göstərdik. Əsas oyunçumuz Marko Deviç zədəlidir və həm də bu gün 35 yaşını qeyd edir. İstədik ki, ona qələbə həsr edək. Bu qələbə onun üçündür.
- Düşünmürsən ki, “Sabah” Marko Deviçdən asılıdır. Bu gün də yoxluğu hiss olunurdu.
- Xeyr, mən elə düşünmürəm. “Sabah” bir futbolçudan asılı deyil. Bunu Elşad müəllim də deyir. Bu gün bunu göstərdik. Marko, Cavid, Kvaşuk olmasın, fərqi yoxdur, əzmkar oynayırsansa, qələbə qazana bilərsən.
- "Səbail” 6 xalı texniki qələbələrin sayəsində qazanıb. Bu gün siz qalib gələrək onlara çatdınız. Baxmayaraq ki, bu rəqibdən 5 xal öndə olmalı idiniz. Turnir cədvəlinə baxanda düşünmürsünüz ki, onlardan öndə olmalı idik, amma xallarınız eyni idi.
- "Səbail”in bəxti gətirdi, amma kölgə salmaq istəmirəm. Öz komandamızı düşünürük, oyunlarımıza köklənmişik. Nə qədər çox xal toplasaq, bizim üçün yaxşıdır. Başqa komandalara ümid bağlamırıq.
- Avrokuboklar zonasında qərarlaşmısınız. Lakin məlum səbəblərə görə “Sabah” Avropa səhnəsinə çıxa bilməz. Bu amil komandaya necə təsir edir?
- Bu, bir tərəfdən müsbətdir. Qış fasiləsinə kimi nə qədər çox xal toplasaq, o qədər yaxşıdır. Premyer Liqada qalmaq istəyirsənsə, yuxarı yerlərdə olmalısan. Elə ola bilər ki, çempionatın son 5 turunda məğlub olarsan. Ötən mövsüm “Sumqayıt”da son 5 turda qalib gəlmədik və avrokubok şanslarımızı əldən verdik. Xalın çox olsa, Premyer Liqada qala bilərsən. Ona görə də bacardığımız qədər çox xal toplamalıyıq.
Bundesliqanın ən yaşlı futbolçusu karyerasını başa vurur
"Roma"nın müdafiəçisi "Milan"a qarşı oynamayacaq
Kvaratsxeliya "Napoli"nin məşqini buraxdı
MOİK-ə 3 xal qazandıran qollar - Video
"Barselona"nın futbolçusu: "Çox peşmanam"
"Şamaxı"nın 6 qolu - Video
"Şamaxı" və MOİK-dən qələbə
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qalıb
ÇL-in oyunlarını göstərəcək kanallar
"İmişli"nin şikayəti qismən təmin olundu
"Real"dan zəng gələndə iki dəfə düşünmədim"
1-ci liqanın mərkəzi oyunu FİFA referisinə tapşırıldı
Gündoğan: "Hakim penalti verməli idi"
Romario karyerasını bərpa etdi
Futbolçu oyun zamanı infarkt keçirdi, dünyasını dəyişdi
Azərbaycan millisinin rəqibi 2 yoldaşlıq oyunu keçirəcək
Mbappe İbrahimoviç və Şevçenkoya çatdı
Luis Enrike: "Mbappe əvvəldən sona qədər əsl lider idi"
"Azərbaycanda rəqibləri topu "Qarabağ"dan ala bilmirlər"
"Daha deyəcək bir şey yoxdur" - Simeone
"Hakim hər şeyi məhv etdi" - Xavi
“Borussiya”dan möhtəşəm geridönüş, Simeone çökdü - Video
PSJ “Barselona”nı nokauta saldı - Video
ÇL-də ilk yarımfinalçılar müəyyənləşdi
"Milan" onunla müqaviləni uzatdı
Asiya Çempionlar Liqasının oyunu təxirə salındı
"Cəbrayıl" 3 qolla qalib gəldi - Video
"Millidə görüləsi işlər çoxdur" - Vitali Borisov
Azərbaycan futzal millisi Gürcüstana yenə uduzdu
Cavid İmamverdiyev poker etdi - Video
"Cəbrayıl" və "Kür-Araz"dan səfər qələbəsi
"Real"a çox hörmət edirik, amma qorxmuruq" - Qvardiola
Nabi Keyta əsas komandadan uzaqlaşdırıldı
"Şəki Siti" "Göygöl"ə qalib gəldi - Video
"Yuventus" Türkiyə millisinin üzvü ilə müqaviləni uzadır
Rüfət Dadaşov üçün mövsüm başa çatdı
Məhkəmə "Barselona"ya qadağa qoydu
ÇL-də sabahkı oyunlara hakim təyinatları
Misli Premyer Liqasında 2 turun oyunlarının vaxtı bilindi
Laporta azarkeşlərə müraciət etdi
"Zirə" sabiq futbolçusunun vəfatı ilə bağlı başsağlığı verib
Avro-2024-ü buraxacaq
Dünya çempionu vəfat etdi