"Son pillədəyik, başqa yolumuz yoxdur" – "Zirə"nin legioneri

"Son pillədəyik, başqa yolumuz yoxdur" – "Zirə"nin legioneri
MÜSAHİBƏ 27 Oktyabr 2018 / 11:22 1862
-  A +

“Zirə”nin yarımmüdafiəçisi Dilan Duventru Qol.az-a müsahibə verib. Komandasının bu mövsüm uğursuz çıxışından danışan fransalı futbolçu bu gün “Sabah”la keçirəcəkləri oyuna da toxunub.

- Mövsümə yaxşı başlamadınız. Əvvəlki turda isə “Keşlə”yə məğlub olaraq, son pilləyə düşdünüz. Sizcə, komandanız niyə qeyri-sabit çıxış edir?

- Niyə belə olduğunu bilmirəm. Amma bundan sonra mütləq sabit oyun göstərməliyik. Vəziyyəti dəyişib, daha yaxşı nəticələr əldə etmək lazımdır.

- “Keşlə” ilə oyunda ən yaxşılardan biri idiniz. Necə düşünürsünüz, “Zirə”də sizin kimi 3-4 futbolçu olsa, komandanı vəziyyətdən çıxarmaq olarmı?

- Çətin də olsa, biz güclü xarakter nümayiş etdirib, vəziyyətdən birlikdə çıxmalıyıq. Burada hər kəs pay sahibi olmalıdır, təkcə 3-4 nəfər deyil.

- Komanda qol vurmaqda çətinlik çəkir. Uğursuzluqda hücum xəttində çıxış edən oyunçuları günahlandırmaq olarmı?

- Bəli, həqiqətən də çoxsaylı qol vəziyyətlərindən yararlana bilmirik. Bu halda heç kimdə səhv axtarmaq olmaz. Hücum mövqeyində oynayan futbolçular da növbəti matçlarda daha effektli oynamağa çalışacaq.

- “Zirə”nin özünə gəlməsi üçün nə qədər vaxt lazımdır?

- Bilmirem, amma bu, mümkün qədər tez baş verməlidir. Çünki elə də çox vaxtımız yoxdur.

- Artıq 3 aydan çoxdur ölkəmizdəsiniz. Darıxmırsınız?

- Öncəki müsahibələrimdə də bunu qeyd etmişəm ki, Bakı çox xoşuma gəlir. Burada olmaqdan məmnunam. Futbolun səviyyəsi isə yaxşıdır.

- Ölkəmizdə stadionlara azarkeşlərin az gəlməsi sizi məyus etmir?

- Səmimi deyəcəyəm, hər bir futbolçu kimi mənim də publika qarşısında oynamaq xoşuma gəlir. Amma hazırkı vəziyyət mənə mənfi təsir göstərmir. İstənilən halda, biz azarkeş dəstəyi oldu-olmadı, motivasiyalı olmalıyıq.

- Bu gün Topaz Premyer Liqanın 9-cu turunda səfərdə “Sabah”la qarşılaşacaqsınız. Həmin oyun haqda nə deyə bilərsiniz?

- Oyuna yaxşı hazırlaşmışıq. Bilirik ki, asan olmayacaq. Komanda son pillədədir. Ona görə də qələbə qazanmaqdan başqa yolumuz yoxdur. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə əldə edək.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord