Abbasov yarımfinalda, Məmmədov uduzdu - dünya çempionatı

Abbasov yarımfinalda, Məmmədov uduzdu -  dünya çempionatı
GÜLƏŞ 26 Oktyabr 2018 / 16:33 4300
-  A +

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir.

Qol.az xəbər verir ki, yarışın 7-ci günündə Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə qoşulub.

60 kq çəkidə Murad Məmmədov təsnifat mərhələsində qırğızıstanlı Kali Süleymanova uduzub - 1:8 

Yarışa 1/16 finaldan başlayan Kamran Məmmədov (67 kq) ermənistanlı Karen Aslanyanla üz-üzə gəlib. Görüş 2:2 hesabı ilə başa çatıb. Güləşçimiz 2 xalı birbaşa qazandığı üçün növbəti mərhələyə adlayıb. O, 1/8 finalda ukraynalı Denis Demyanko ilə qarşılaşıb və 7:3 hesablı qələbə ilə 1/4 finala yüksəlib. Məmmədov bu mərhələdə Rusiya idmançısı Artyom Surkova uduzub - 1:5. 

87 kq çəkidə isə İslam Abbasov 1/16 finalda yamaykalı Lesyan Kusin Otomu ilə qüvvəsini sınayıb. 5:2 hesabı ilə qalib gələn idmançımız 1/8 finalda yunanıstanlı Dimitrios Tsekeridisdən üstün olub - 11:2. O, 1/4 finalda belaruslu Radik Quliyevə qalib gələrək (4:1) yarımfinala yüksəlib. Güləşçimiz bu mərhələdə ukraynalı Jan Beleyukla qarşılaşacaq.

Qeyd edək ki, ötən gün finala yüksələn Eldəniz Əzizli bu gün həlledici görüşdə qazaxıstanlı Jolaman Şarşenbekovla qarşılaşacaq. Rəsul Çunayev isə bu gün bürünc medal uğrunda rusiyalı Əbuyazid Mançiqovla güləşəcək.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı