"Belə nəticədən necə razı qalmamaq olar?" – "Sabah"ın prezidenti

"Belə nəticədən necə razı qalmamaq olar?" – "Sabah"ın prezidenti
MÜSAHİBƏ 25 Oktyabr 2018 / 10:42 2823
-  A +

“Sabah”ın prezidenti Maksud Adıgözəlov Qol.az-a müsahibə verib. Komandanın çıxışını dəyərləndirən M. Adıgözəlov qarşıya qoyulan hədəflərdən də danışıb.

-“Sabah" 8 turdan sonra 13 xalla 4-cü sırada qərarlaşıb. Debütant komandanın buna qədərki çıxışı rəhbrəliyi nə dərəcədə razı salır?

- Belə nəticədən necə razı qalmamaq olar? Ancaq rahatlaşmırıq, hər zamankı kimi çalışmağa davam edirik.

- Baş məşqçi Elşad Əhmədovun işindən necə, razısınızmı?

- Bəli, şadıq ki, o, bizimlədir. Əminəm ki, bu əməkdaşlıq uzun müddət davam edəcək.

- Komanda bu mövsüm mükafatçılar sırasına düşsə də, avrokuboklarda iştirak edə bilməyəcək. Bu amil sizi hardasa ruhdan salmır ki? Çünki adətən yeni yaranmış klublar hazır olub-olmamasından asılı olmayaraq, qısa zamanda Avropa arenasına çıxmaq istəyir...

- Mən daha öncə də demişdim, bu mövsüm komandanın qarşısına mükafatçılar sırasına düşmək vəzifəsi qoyulmayıb. Əgər mövsümün sonunda mükafatçılar sırasında yer alsaq, buna ancaq sevinəcəyik. Çünki bu, bizim doğru yolda olduğumuzu göstərəcək.  

- Komandanın qarşısına qoyulan əsas hədəfləriniz nədən ibarətdir?

- Əgər söhbət bu mövsümdən gedirsə, əsas məqsədimiz Premyer Liqada möhkəmlənməkdir.

- Qışda komandaya yeni futbolçular cəlb olunacaqmı? Yoxsa bu heyət ortabab yerlərdən birini tutmaq üçün kifayət edir?

- Biz qısamüddətli müqavilələr bağlamamağa çalışırıq. Transferlər yalnız gələcəyə hesablanmış olacaq.  

- Bir neçə gün öncə mətbuatda yoxlama oyununu izləmək istəyən azarkeşlərin "Əlincə Arena"ya buraxılmadığı yazılıb. Buna da aydınlıq gətirərdiniz...

- Biz həmişə mətbuata və azarkeşlərə açığıq. Sadəcə, bəzi taktiki məşqlər qapalı olur. Əsas və əvəzedici komanda arasında keçirilən oyun məşq xarakterli idi. Həmin oyunda futbolçular gah bu, gah da digər komandanın heyətində çıxış etdilər. Qarşıdakı oyunlar üçün bəzi taktiki təmrinlər yerinə yetirildi. Biz rəsmi səhifələrimizdə belə bir matçın keçiriləcəyi və nəticəsi barədə heç bir məlumat verməmişdik.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər