Mourinyo “Yuventus”la oyuna piyada getdi – Video

Mourinyo “Yuventus”la oyuna piyada getdi – Video
VİDEO 24 Oktyabr 2018 / 16:57 2237
-  A +

Son vaxtlar “Mançester Yunayted” tıxac problemi ilə üzləşib. Bu səbəbdən stadiona vaxtında yetişə bilmir. Belə bir problem daha əvvəl Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Valensiya” ilə oyundan əvvəl baş verib.

Komanda matçın başlanmasına 2 saat qalmış stadiona çatmalı olsa da, tıxacda qaldığından yalnız görüşün başlanmasına 51 dəqiqə qalmış “Old Trafford”da yetişib. Bu səbəbdən “qırmızı şeytanlar” həmin qarşılaşmaya 5 dəqiqə gec çıxıb. Buna görə də UEFA onları 15 min avro məbləğində cərimələyib.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, tıxac problemi “Old Trafford”dun yaxınlığında yaşanır. “MY” yolda əlavə vaxt itirməmək üçün adətən oyundan əvvəl stadiondan 4 km. aralıda yerləşən “Lowry” otelində qalır. Lakin bunun özü də bəzən komandaya kömək etmir. “Valensiya” ilə matçdan sonra Joze Mourinyo bütün bunlara görə polisi günahlandırıb. Lakin polisdən bildirilib ki, komandanın tıxaca düşməsinin qarşısını almaq üçün onlara müraciət olunmayıb.

Maraqlıdır ki, dünən “Yuventus”la ÇL-in üçüncü turunun oyunu öncəsi də “MY” anoloji problemlə üzləşib. Halbuki bunun baş verməməsi üçün komanda stadiona daha yaxın - piyada 9 dəqiqəlik məsafədə olan başqa bir oteli (Hilton Garden) seçib. Buna baxmayaraq, “qırmızı-şeytanlar”ın avtobusu oyuna gedərkən yenə tıxacda qalıb. Vəziyyəti belə görən baş məşqçisi Joze Mourinyo avtobusdan düşərək stadiona piyada getməli olub: “Oteli dəyişdik, bununla belə, yenə futbolçular avtobusda 45 dəqiqə gözlədilər. Mən isə papağı başıma keçirdib, azarkeşlərin arası ilə getdim. Amma heç kim məni tanımadı. 2 dəqiqəyə stadiona çatdım, komanda isə 45 dəqiqə tıxacda gözləməli oldu. “Yuventus” da bu problemlə üzləşib. UEFA nümayəndələrinə vəziyyətlə bağlı məlumat verdim. Çünki yenidən cəza almaq istəmirik”.

Qeyd edək ki, “Mançester Yunayted” – “Yuventus” oyunu da tıxac səbəbindən 2 dəqiqə gec başlayıb. Buna görə UEFA-nın kluba cəza verib-verməyəcəyi bilinmir.

Xatırladaq ki, UEFA-nın qaydalarına əsasən, hər bir komanda matçdan azı 1,5 saat öncə stadionda olmalıdır.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı