Mariya Stadnik finalda, digər üç güləşçimiz təsəlliverici görüşdə - dünya çempionatı

Mariya Stadnik finalda, digər üç güləşçimiz təsəlliverici görüşdə  -  dünya çempionatı
GÜLƏŞ 24 Oktyabr 2018 / 19:59 4890
-  A +

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir.

Qol.az-ın xəbərinə görə, yarışın 5-ci günündə qadınlardan ibarət Azərbaycan yığmasının 4 üzvü mübarizəyə start verib.

Alyona Kolesnik ilk mərhələdə son olimpiya və ikiqat dünya çempionu - amerikalı Helen Lusi Marolislə üz-üzə gəlib. Titullu rəqibindən çəkinməyən güləşçimiz amerikalı rəqibinə ikinci hissədə tuşe ilə qalib gəlib. O, 1/8 finalda çinli Ninqninq Ronqa uduzub - 0:10.  Rəqib finala çıxdığı üçün Alyona oktyabrın 25-də təsəlliverici görüşdə iştirak etmək hüququ qazanıb.  O, Puca Danda (Hindistan) ilə qarşılaşacaq.

Elmira Qəmbərovanın isə Bolqarıstan təmsilçisi ilə görüşü gərgin mübarizə şəraitində keçib. Hesabda 3:0 önə keçən güləşçimiz üstünlüyünü qoruya bilməyib. Sonda bərabərlik qeydə alınsa da, rəqib ilk hissənin sonunda 4 xallıq fəndi dəqiq icra etdiyindən növbəti mərhələyə yüksəlib. Ancaq rəqibin finaladək irəliləməsi güləşçimizə təsəlliverici görüşdə özünə göstərmək imkanı verib. Qəmbərova oktyabrın 25-də Linqlinq Bao (Çin) ilə üz-üzə gələcək.

Mariya Stadnik və Anjela Doroqan isə yarışa 1/8 finaldan başlayıb. Stadnik startda isveçli Fredrika İda Petersson üzərində inamlı qələbə qazanıb - 10:0. 1/4 finalda çinli Yanan Sunu da eyni hesabla üstələyən idmançımız yarımfinala yüksəlib. Finalın bir addımlığında 4 il əvvəl yeniyetmələr arasında olimpiya çempionu olan Şimali Koreya təmsilçisiylə ağır qarılaşmadan qalib (4:2) ayrılan Stadnik karyerasında 4-cü dəfə dünya çempionatının finalına vəsiqə qazanıb. Mariya oktyabrın 25-də qızıl medal uğrunda Yaponiya güləşçisi Yui Susaki  ilə mübarizə aparacaq.

Anjela Doroqan isə 1/8 finalda tayvanlı Hsin Yu Çiuya şans verməyib - 10:0. Ancaq güləşçimiz 1/4 finalda amerikalı Sare Xildebranta uduzub - 9:15. Rəqib finala çıxdığından Anjela oktyabrın 25-də təsəlliverici görüşə çıxacaq. O, Ulduz Eşimova (Qazaxıstan) ilə qarşılaşacaq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı