"Qəbələ" növbəti mərhələdə - Gənclər Liqası

"Qəbələ" növbəti mərhələdə -  Gənclər Liqası
ÖLKƏ FUTBOLU 24 Oktyabr 2018 / 17:53 6479
-  A +

"Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsində cavab oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, "qırmızı-qaralar" Moldovada "Şerif"in müvafiq yaş qrupu ilə qarşılaşıb.

Qəbələdəki oyunda 1:1 hesablı bərabərliyə razılaşan təmsilçimiz Tiraspolda keçirilən oyunda 3:1 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib. "Qırmızı-qaralar"  UEFA Gənclər Liqasında mərhələ adlayan ilk klub kimi Azərbaycan futbolu tarixinə düşüb.

Qeyd edək ki, "Qəbələ" növbəti mərhələdə bu gün keçiriləcək  "Herta" (Almaniya) – "Lex" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.

UEFA Gənclər Liqası

Çempionlar yolu

I mərhələ, cavab oyunu

16:00. "Şerif" (Moldova) - "Qəbələ" (Azərbaycan) - 1:3 
Qollar:
Samir Qurbanov, 43 (0:1), Vsevolod Nihaev, 53-pen. (1:1), Samir Qurbanov, 62 (1:2), Dijinari, 63-avtoqol (1:3)
Hakimlər: Timofeos Kristofi, Giorgos Savva, Andreas Mixailidis (hamısı Kipr), İon Orlik (Moldova)
Tiraspol. "Şerif" stadionunun kiçik arenası
İlk oyun – 1:1

"Şerif": 1. Vladislav Lixarev, 8. Yeqor Qliqa, 9. Andrey Konoxov, 11. Aleksandr Kuzmenko (k), 19. Aleksandru Osipov, 26. Vsevolod Nixayev, 30. Denis Makaliçi, 31. Danila İqnatov, 39. Vladimir Kovçenko, 90. Vadim Dijnari, 99. Yevgeni Berko

Ehtiyat oyunçular: 12. Mixail Çioban, 4. Stanislav Ploxotnyuk, 14. Nikolay Stoyanov, 18. Yevgeni Pleşko, 22. İvan Morarenko, 32. Vladislav Qreçul, 33. Yeqor Çesnokov

"Qəbələ": 12. Əmrah Zülfüqarlı, 2. Rüstəm Nuruyev, 3. İzzət Müştaqov, 4. Vüsal Məsimov, 6. Faiq Hacıyev, 7. Əli Sadıxov (k), 8. AbbasAğazadə, 10. Təbriz İsazadə, 11. Samir Qurbanov, 15. İdris İnqilablı, 17. Rauf Məhərrəmov

Ehtiyat oyunçular: 1. Elməddin Sultanov, 5. Arsen Ağcabəyov, 9. Əli Mürsəlov, 13. Nicat Əliyev, 14. Xəyal Muradov, 16. Nicat Oruclu, 18. Samir Məhərrəmli

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı