Roma metrosunda qəza - SSKA azarkeşi ayağını itirdi

Roma metrosunda qəza -  SSKA azarkeşi ayağını itirdi
DÜNYA FUTBOLU 23 Oktyabr 2018 / 22:50 4824
-  A +

Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turunda “Roma” ilə qarşılaşan Rusiyanın SSKA klubunun azarkeşləri oyuna gedərkən qəzaya düşüblər.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, paytaxt Romanın mərkəzində metro eskalatorunun uçması nəticəsində SSKA-nın 30-dək azarkeşi xəsarət alıb. Onlardan birinin ayağını itirdiyi, beşinin isə ağır yaralı olduğu bildirilir.

Qeyd edək ki, "Olimpiya" stadionunda keçirilən "Roma" - SSKA matçı saat 23:00-da başlayacaq.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı