"Qəbələ" Tiraspolda məşqə çıxdı

"Qəbələ" Tiraspolda məşqə çıxdı
ÖLKƏ FUTBOLU 23 Oktyabr 2018 / 21:11 924
-  A +

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsinin cavab oyunu öncəsi son məşqini keçirib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, dünən matçın keçiriləcəyi Moldovanın Tiraspol şəhərinə çatan “qırmızı-qaralar” “Şerif”lə görüşün hazırlığını yekunlaşdırıb. Emin İmaməliyevin baş məşqçisi olduğu komanda matçın keçiriləcəyi “Şerif” stadionunun kiçik arenasında məşq edib.

Sabah keçiriləcək “Şerif” -  “Qəbələ” qarşılaşması da kompleksin bu meydançasında baş tutacaq. Matç Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Xatırladaq ki, oktyabrın 3-də Qəbələ şəhər stadionunda keçirilən ilk görüşdə qalib müəyyənləşməmişdi – 1:1.

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq