"Vorskla"nın iki futbolçusu rəmzi komandada

"Vorskla"nın iki futbolçusu rəmzi komandada
XƏBƏR 23 Oktyabr 2018 / 16:16 1461
-  A +

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Vorskla"nın 2 futbolçusu Ukrayna Premyer Liqasının 12-ci turunun rəmzi komandasında yer alıb.

Qol.az-ın liqanın rəsmi saytına istinadən yaydığı xəbərə görə, müdafiəçilər Vladimir Çesnakov və İqor Perduta ən yaxşı 11-liyə daxil olublar.

Qeyd edək ki, "Vorskla" ölkə çempionatının son turunda Kiyev "Dinamo"suna 0:1 hesabı ilə uduzub.

Əlavə edək ki,Ukrayna klubu oktyabrın 25-də Bakı Olimpiya Stadionunda "Qarabağ"ın qonağı olacaq.


Son xəbərlər