Ya Konte, ya da Hazard

Ya Konte, ya da Hazard
DÜNYA FUTBOLU 23 Oktyabr 2018 / 15:30 3935
-  A +

"Çelsi"nin futbolçusu Eden Hazardın "Real"a mümkün keçidi gerçəkləşməyə bilər.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu, Antonio Kontenin Madrid klubuna baş məşqçi təyin ediləcəyi təqdirdə, ola bilər.

İtaliyalı mütəxəssisin sabiq klubu "Çelsi"də  Hazardla münasibətləri yaxşı olmadığı üçün onun belçikalı yarımmüdafiəçini "Real"da görmək  istəməyəcəyi yazılıb.

Qeyd edək ki, hazırkı baş məşqçisi Xulen Lopeteqini istefaya göndərməyə hazırlaşan "Real"ın A.Konte ilə danışıqlar apardığı iddia olunur.


Son xəbərlər