"Qarabağ"a texniki məğlubiyyət rəsmiləşdi

"Qarabağ"a texniki məğlubiyyət rəsmiləşdi
ÖLKƏ FUTBOLU 23 Oktyabr 2018 / 14:10 4036
-  A +

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Qol.az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, iclasda Topaz Premyer Liqasının 8-ci turunun “Qarabağ” – “Səbail” matçında qeydə alınan qayda pozuntusuna hüquqi qiymət verilib. Ağdam təmsilçisinin heyətində protokolda adı qeyd olunmayan futbolçu (Abbas Hüseynov) iştirak  etdiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. Bundan başqa, klub 8000 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, bu qərardan sonra xallarının sayını 13-ə çatdıran "Səbail" turnir cədvəlində 3-cü pilləyə yüksəlib. "Qarabağ"ın ehtiyatından isə 3 xal silinib. Komanda hazırda 16 xalla 2-ci sıradadır. Ancaq Ağdam klubunun ehtiyatda bir oyunu var.
 

Daha çox


Son xəbərlər
14.11.18  23:00

"Real"dan ilk transfer

14.11.18  19:25

"Bavariya"da ciddi itki