Lopeteqi "Real"dakı gələcəyindən danışdı

Lopeteqi "Real"dakı gələcəyindən danışdı
DÜNYA FUTBOLU 23 Oktyabr 2018 / 13:36 2947
-  A +

"Real"ın baş məşqçisi Xulen Lopeteqi Çempionlar Liqasının qrup  mərhələsində "Viktoriya" ilə oyun öncəsi Madrid klubundakı gələcəyi ilə bağlı açıqlama verib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o , bununla əlaqədar deyib: "Vəziyyətim hər zaman olduğu kimidir. Əgər məğlub olmuş birini görmək istəyirsinizsə, gedin, başqa yerə baxın. Hazırda ancaq "Viktoriya" ilə oyunu düşünürəm. Hazırda burdayam. Başqa bir şey söyləyə bilmərəm. "Viktoriya" ilə görüşdə komandanın başında mən olacam".

Qeyd edək ki, "Real"ın Lopeteqini istefaya göndərəcəyi iddia olunur.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı