"Qəbələdəki nəticəyə ehtiyacımız yoxdur" - "Şerif"in baş məşqçisi

"Qəbələdəki nəticəyə ehtiyacımız yoxdur" - "Şerif"in baş məşqçisi
XƏBƏR 23 Oktyabr 2018 / 12:54 1664
-  A +

"Komanda avrokuboklarda qarşıdakı oyuna hazırlaşır. Uşaqlar fiziki və taktiki planda artıq hazırdırlar. İndi isə futbolçuların psixoloji durumunun üzərində işləməliyik. Əminəm ki, gənclərimiz sərfəli nəticə qazanmaq üçün meydanda bütün gücünü ortaya qoyacaq".

Qol.az-ın məlumatına görə, bu sözləri "Şerif"in U-19 komandasının baş məşqçisi Luka Pavloviç klubun rəsmi saytına açıqlamasında deyib. UEFA Gənclər Liqasında Çempionlar yolunun I mərhələsində "Qəbələ" ilə keçirəcəkləri cavab oyunu haqda danışan mütəxəssis hər iki komandanın şanslarını bərabər qiymətləndirib:

"Praktiki olaraq, şanslar bərabərdir. İlk oyundakı nəticəyə ehtiyacımız yoxdur. Evdə yalnız qələbə qazanmaq niyyətindəyik".

Qeyd edək ki, sabah keçiriləcək "Şerif" - "Qəbələ" oyunu Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Komandalar arasında Qəbələdəkı matçda qalib müəyyənləşməmişdi - 1:1.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı