"Qarabağ"ın rəqibindən uğurlu seriya - 11 ildən sonra ilk dəfə

"Qarabağ"ın rəqibindən uğurlu seriya - 11 ildən sonra ilk dəfə
DÜNYA FUTBOLU 23 Oktyabr 2018 / 10:09 2929
-  A +

İngiltərə Premyer Liqasının 9-cu turunda "Lester" üzərində qazanılan 3:1 hesablı qələbə "Arsenal" üçün əlamətdar olub.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, London klubu bu mövsüm bütün turnirlərdə ardıcıl 10-cu qalibiyyətini bayram edib. "Topçular" sonuncu dəfə bu cür uğurlu seriyaya 11 il əvvəl imza atmışdılar. 2007-2008 mövsümünün avqust-oktyabr ayları ərzində paytaxt təmsilçisi ardıcıl 12 matçda qələbə sevinci yaşamışdı.

Qeyd edək ki, Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan "Arsenal" 21 xalla Premyer Liqada 4-cü pillədə qərarlaşıb.


Son xəbərlər