Millimiz Avropa çempionatına ağır məğlubiyyətlə başladı

Millimiz Avropa çempionatına ağır məğlubiyyətlə başladı
ÖLKƏ FUTBOLU 23 Oktyabr 2018 / 15:52 6038
-  A +

17 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.

Qol.az-ın məlumatına görə, Ramin Quliyevin başçılıq etdiyi kollektiv bu gün ilk oyununu keçirib. 8-ci qrupda yer alan yığmamız ilk sınağında Norveçlə qarşılaşıb və 1:4 hesabı ilə uduzub. Komandamızın heyətində yeganə qolu millimiz və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı vurub.

Yığmamız qrupda növbəti oyununu oktyabrın 26-da, saat 14:00-da Çexiyaya qarşı keçirəcək.

Qeyd edək ki, komandamızın qrupunda Norveçlə yanaşı, Albaniya və Çexiya yığmaları da yer alırlar. Qrupun bütün oyunları Albaniyada keçirilir.


Avropa çempionatının seçmə mərhələsi

8-ci qrup

I tur, 23 oktyabr

14:00. Azərbaycan U-17 – Norveç U-17 - 1:4
Qollar:
Herman Gelmuyden, 18-pen (0:1), Robin Skroqstad, 19 (0:2), Fredrix Oppeqard, 20 (0:3), Nils Vallotto, 71 (0:4), Musa Qurbanlı, 89 (1:4)
Hakimlər: Admir Şehoviç, Sreten Udoviçiç (hər ikisi Bosniya və Herseqovina), Elis Pulay, Florian Lata (hər ikisi Albaniya)
Luşnya. “Roza Haciu” stadionu

16:00. Çexiya U-17 - Albaniya - U-17

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı