"Trabzonspor" autsayderlə bacarmadı

"Trabzonspor" autsayderlə bacarmadı
DÜNYA FUTBOLU 23 Oktyabr 2018 / 00:01 1772
-  A +

Türkiyə Superliqasında 9-cu tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, sonuncu oyun günündə 1 matç keçirilib. "Trabzonspor" autsayderlərdən biri "Ərzurumspor"la qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.

"Trabzonspor" - "Ərzurumspor" - 0:0

Bu heç-heçədən sonra Qaradəniz təmsilçisi 14 xalla 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, 9 turdan sonra turnir cədvəlinə 19 xalla "Qalatasaray" başçılıq edir. "Başakşəhər" və "Kasımpaşa" hərəyə 18 xalla 2-3-cü pillələri bölüşdürür. "Antalyaspor" 16 xalla 4-cü, "Beşiktaş" 15 xalla 5-cidir.

 

Daha çox


Son xəbərlər
18.11.18  21:19

Kavani "Real"da?

18.11.18  19:19

Millimiz Kosovoya getdi

18.11.18  12:11

Aqil Abbasın təbriki