"Qəbələ" "Sumqayıt"la oyununun hazırlıqlarına başladı

"Qəbələ" "Sumqayıt"la oyununun hazırlıqlarına başladı
XƏBƏR 22 Oktyabr 2018 / 22:30 468
-  A +

“Qəbələ” Topaz Premyer Liqasının 9-cu turunun hazırlığına start verib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 8-ci turun oktyabrın 20-də “Neftçi”yə qarşı Qəbələ şəhər stadionunda keçirilən oyunundan (3:1) sonra bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” Bakıda bir araya gəlib.

Bu gün paytaxtda toplaşan komanda “Sumqayıt”la görüşün hazırlığına başlayıb. “Qəbələ”nin bugünkü məşq prosesi “Bakı”nın təlim-məşq bazasında keçirilib. Futbolçular öncə fiziki hazırlıq keçib, ardınca meydançada toplu çalışmaları yerinə yetiriblər.

Xatırladaq ki,  “Dalğa Arena”da keçiriləcək “Sumqayıt” – “Qəbələ” matçı oktyabrın 27-i, saat 18:00-da başlayacaq.
 

 

 

Daha çox


Son xəbərlər
14.11.18  23:00

"Real"dan ilk transfer

14.11.18  19:25

"Bavariya"da ciddi itki