Daha üç güləşçimiz mübarizəni dayandırdı - dünya çempionatı

Daha üç güləşçimiz mübarizəni dayandırdı - <b style="color:red">dünya çempionatı</b>
GÜLƏŞ 22 Oktyabr 2018 / 20:17 2083
-  A +

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatı davam edir.

Qol.az-ın məlumatına görə, üçüncü yarış günündə Azərbaycanın son iki sərbəst və bir qadın güləşçisi mübarizəyə qoşulub.

Gənclər arasında son dünya çempionu Hacımurad Hacıyev böyüklərin mundialında debüt görüşündə ötən il dünya 2-cisi olan amerikalı rəqiblə üz-üzə gəlib. Təcrübəli həmkarıyla başa-baş mübarizə aparan yığmanın gənc üzvü minimal hesabla uduzub - 5:6.

Ötən il dünya çempionatında bürünc medal qazanan Aslanbek Alborov mundiala inamlı start verib. O, təsnifat mərhələsində iranlı rəqibinə ilk hissədə qalib gəlib. Aslanbek növbəti mərhələdə koreyalı həmkarı Jaeqanq Kimi də vaxtından əvvəl tuşe ilə məğlub edib. O, 1/4 finalda gürcüstanlı Elizbar Odikadzeyə uduzaraq, mübarizəni dayandırıb.

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan Tatyana Omelçenko isə ilk mərhələdə rusiyalı rəqibi ilə bacarmayıb.

70 kq
Təsnifat - Hacımurad Hacıyev - Ceyms Malkolm Qrin (ABŞ) 5:6

97 kq
1/4 final - Aslanbek Alborov - Elizbar Odikadze (Gürcüstan) - 3:4
1/8 final - Aslanbek Alborov - Jaeqanq Kim (KOR) 11:0 (tuşe)
Təsnifat - Aslanbek Alborov - Moytaba Məhəmmədşəfi Qoleyi (İran) 10:0

59 kq
1/8 final - Tatyana Omelçenko - Svetlana Lipatova (Rusiya) - 0:4

 

Daha çox


Son xəbərlər
18.11.18  21:19

Kavani "Real"da?

18.11.18  19:19

Millimiz Kosovoya getdi

18.11.18  12:11

Aqil Abbasın təbriki