"Yuventus" Mançesterə bu heyətlə gedir

"Yuventus" Mançesterə bu heyətlə gedir
DÜNYA FUTBOLU 22 Oktyabr 2018 / 20:03 2953
-  A +

"Yuventus"un Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Mançester Yunayted"lə səfər oyunu üçün heyəti müəyyənləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandanın baş məşqçisi Massimiliano Alleqri heyətə 20 futbolçunun adını daxil edib. Hücumçu Mario Mandzukiç komandanın son məşqində zədələndiyi üçün siyahıda yer almayıb. Kriştiano Ronaldonun isə cəzası bitdiyi üçün o, sabiq klubuna qarşı oynaya biləcək.

Qapıçılar: Vorçex Şensnı, Karlo Pinsilyo, Mattia Perin

Müdafiəçilər: Mattia De Şilyo, Corcio Kyellini, Mehdi Benatia, Aleks Sandro, Andrea Barzalyi, Leonardo Bonuççi, Joau Kanselu, Daniele Ruqani

Yarımmüdafiəçilər: Miralem Pyaniç, Blez Matyuidi, Rodriqo Bentankur, Federiko Bernardeski

Hücumçular: Kriştiano Ronaldo, Paulo Dibala, Duqlas Kosta, Xuan Kuadrado, Moyze Ken

Qeyd edək ki, "Mançester Yunayted" - "Yuventus" görüşü sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

Daha çox


Son xəbərlər
18.11.18  21:19

Kavani "Real"da?

18.11.18  19:19

Millimiz Kosovoya getdi

18.11.18  12:11

Aqil Abbasın təbriki