"Barselona"dan Neymar açıqlaması

"Barselona"dan Neymar açıqlaması
DÜNYA FUTBOLU 22 Oktyabr 2018 / 18:38 4688
-  A +

"Barselona"nın prezidenti Xosep Bartomeu PSJ-nin futbolçusu Neymarın Kataloniya klubuna qayıdacağı haqda yayılan xəbərlərə münasibət bildirib.

Qol.az-ın "Mundo Deportivo"ya istinadən yaydığı məlumata görə, klub rəhbəri xəbərin əsassız olduğunu deyib. O, braziliyalı hücumçunun transferində maraqlı olmadıqlarını qeyd edib:

"Neymar özü "Barselona"dan getdi və qayıtmayacaq. Biz onun qayıdışını müzakirə etmirik. Onun ətrafından heç kim mənimlə əlaqə saxlamayıb".

Qeyd edək ki, Neymar ötən “Barselona”dan PSJ-yə 222 milyon avro qarşılığında keçmişdi.
 

Daha çox


Son xəbərlər
18.11.18  21:19

Kavani "Real"da?

18.11.18  19:19

Millimiz Kosovoya getdi

18.11.18  12:11

Aqil Abbasın təbriki