“Mançester Yunayted”də ciddi itki – "Yuventus”a qarşı oynamayacaq

“Mançester Yunayted”də ciddi itki – <b style="color:red"> "Yuventus”a qarşı oynamayacaq</b>
DÜNYA FUTBOLU 22 Oktyabr 2018 / 18:16 1459
-  A +

“Mançester Yunayted”in hücumçusu Aleksis Sançes Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Yuventus”la oyunu buraxacaq.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə komandanın baş məşqçisi Joze Mourinyo məlumat verib. O bildirib ki, çilili futbolçu zədə səbəbindən vacib oyunda meydana çıxa bilməyəcək.

Qeyd edək ki, sabah keçiriləcək “Mançester Yunayted” – “Yuventus” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.

 

Daha çox


Son xəbərlər
14.11.18  23:00

"Real"dan ilk transfer

14.11.18  19:25

"Bavariya"da ciddi itki