“Futbolda yaxşı oyunun nəticəsi qələbə olmalıdır ki, daha rahat olasan”.
Qol.az-ın məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 8-ci turunda “Keşlə”yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib. O, qarşılaşmanı şərh edib.
- Təəssüf ki, birinci hissədə standart vəziyyətdən qol buraxdıq. Amma kifayət qədər qol vəziyyəti yaratdıq. Əl-qolumuzu aşağı salmayacağıq. Oyun ürəkaçan idi. Üzərinə qoya-qoya davam edəcəyik. Nələrəsə nail olmaq istəyirik. Bu gün itkilərlə meydana çıxmışdıq. Buna baxmayaraq, yeni oyunçulardan da razı qaldım. Bir qol çox şeyi dəyişə bilərdi. Rəqibin də ilk hissədə bir neçə qol vəziyyəti oldu. Bəlkə də, Budaq Nəsirovun yeni mövqedə oynaması buna səbəb olurdu. Yolumuz uzundur. Mayda bizi nələrin gözlədiyini deyə bilmərəm. Amma qışda güclənərək, oyunumuzu yaxşılaşdırmalı və nəticələr qazanmalıyıq.
- İlk dövrəni qələbə ilə başa vurmuşdunuz. Fasilə sizə yaramadı, yoxsa rəqib uyğun deyildi?
- Rəqibi özümüz seçə bilmərik. Rəqiblə eyni gücdə idik. Deməzdim ki, fasilə bizə yaramadı. Zədəlilərimiz çoxdur. U-21 yığmasındakı oyunçularımız komandaya gec qatıldılar. Amma meydana çıxan futbolçular işlərinin öhdəsindən gələ bildilər.
- İki epizodda rəqibin yerdə qalmasına sərt şəkildə reaksiya göstərdiniz.
- Hərə bir cür udmaq istəyir. Kiminsə bəxti texniki məğlubiyyətlərdə gətirir. “Keşlə” də qələbə qazanmaq istəyirdi. Onların bu qələbəsini kiçiltmək olmaz. Rəqibi təbrik edirəm.
- Hiss olunurdu ki, vuran ayaq yox idi. Yanvarda hücumçu alınacaqmı?
- Bunu planlaşdırırıq. İndi heç nəyi dəyişə bilmərik. Bura Azərbaycandır, top səviyyəli oyunçu gətirmək olmur. Hər futbolçu bura gəlmir. Gəlib hər matçda 2 qol vuracaq oyunçu yoxdur. Əsas odur ki, bu gün çoxlu qol vəziyyəti yaratdıq. Əvvəlki matçlarda heç bunu edə bilmirdik.
- Qələbə üçün nə çatmadı?
- 4-5 qol çatmadı ki, 4:1, 5:1 hesabı ilə qalib gələk.
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi
Haaland növbəti oyunu buraxacaq
"Çelsi" tarixinin antirekordu
“Qəbələ” - “Zirə”: Heyətlər
Şirkətlər Liqasında növbəti tur başa çatdı
Zubir Liqa 1 klubunun hədəfində
Kapitan 15 il sonra komandadan ayrılır
Bəlkə, "Bayer 04" adını dəyişib "Bayer 90+" qoysun...
"Sabah"ın oyununa bilet al, "İphone-15" qazan!
Mbappe "Real" üçün 130 milyon avrodan keçməyə hazırdır
Azərbaycan çempionatında növbəti finalçı müəyyənləşdi
"Yurqorden" Musa ilə yolları ayıracağının anonsunu verdi
"Neftçi"nin iki futbolçusu "Qarabağ"la oyunu buraxacaq
Legioner rüsumu 50 min manat olsa...
Karlos Teves xəstəxanaya yerləşdirildi
Bir gündə beş boksçumuzun beşi də uduzdu - Avropa çempionatı
Kubokun cavab oyunlarına hakim təyinatları açıqlandı
Premyer Liqa klubunun futbolçuları saxlanıldılar
Arda Güler "Real"dan ayrılmaq istəmir
İtaliya kubokunda ilk finalçı bilindi
"Arsenal" "Çelsi"ni 5 cavabsız qolla məğlub etdi
"Göygöl"ün qələbəsi - Video